Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sıradan çıxan "London" taksilərinin "Son mənzili"

Bakıdakı “London taksilərinin qəbiristanlığı”...

Bir vaxtlar Bakının qaynayan, səs-küylü avtovağzalı olan bu ərazi indi “Bakı Taksi Xidməti”nə çevrilib.

Avtovağzalın köhnə “Motodrom” deyilən yerə köçürülməsindən sonra bu boş massivin yerində gah yeni binalar tikiləcəyi, gah da dayanacaq olacağı deyilirdi.

Amma xeyli vaxtdır ki, köhnə avtovağzal “London” taksilərinin meydançası kimi istifadə olunur. Dayanacağın darvazasında “Bakı Taksi Xidməti” yazılıb, qarşısında mühafizəçi dayanıb.

İçəridə isə 50-dən çox “badımcan” taksilər var. Onların bəziləri xarab olmuş, sınıq-salxaq maşınlardır, bəziləri isə sürücülərini gözləyir. Kimsə “bənövşəyi” taksidə sürücü kimi işləmək istəyirsə, bu meydançadakı maşınlardan biri ilə təmin edilir.

Ərazinin bir hissəsi isə hasarlanıb, dörd tərəfdən giriş-çıxış bağlanıb. Öyrənirik ki, hansı “London” taksisi sıradan çıxırsa, bu “maşın qəbiristanlığı”na gətirilib, atılır.

Bu ərazi uzun müddət istifadəsiz qalıb və gah Əmlak Məsələləri Dövlət Komitəsinin balansında, gah Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında olduğu söylənirdi.

Hətta keçmiş BŞİH rəhbəri Hacıbala Abutalıbovun olduğu deyilən “Effekt 2011" MMC tərəfindən bina inşa olunacağı xəbər verilirdi.

Amma bu məlumatların heç biri reallaşmadı və köhnə avtovağzal faktiki olaraq “London” taksilərinin qəbiristanlığıdır.

Xatırladaq ki, Azərbaycan Memarlar İttifaqının məsul katibi Rəfail Həsənov mətbuata açıqlamasında adıçəkilən məkanda göydələnlərin tikilməsini məqsədəuyğun saymışdı.

Mütəxəssis bildirmişdi ki, köhnə avtovağzalda kommunikasiya sistemləri, mühəndis qurğuları normal səviyyədə olub: “Bir neçə mikrorayona, orta məktəblərə və metronun ”20 Yanvar" stansiyasına yaxındır. Bütün bunlara görə də orada göydələnlərin tikilməsi mümkündür.

Tbilisi prospektində ofislər üçün inzibati binalar tikilib. Onların davamı olaraq, köhnə avtovağzalda bu cür ofis obyektlərinin inşası da infrastruktur cəhətdən normal qəbul edilməlidir”.

Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov isə qeyd edib ki, köhnə avtovağzal kortəbii tikildiyindən infrastruktur baxımından normal şəraitə malik deyil.(müsavat.com)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar