Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ayxan Abbasov: “Gücümüz çatana qədər döyüşəcəyik”

“Bizim üçün kritik oyun idi. Çünki, turnir cədvəlində həm aşağı düşə, həm də irəliləyə bilərdik”

Bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın XI turunda səfərdə "Sabah"ı 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

38 yaşlı mütəxəssis bildirib ki, rəqibi yaxşı analiz etdikləri üçün qalib gəliblər: "Rəqibin ən güclü silahı əks hücum idi. Təəssüf ki, rəqibin fərqlənməsinə imkan yaratdıq. Ancaq fasilədən sonra vəziyyəti dəyişdik, 3 qol vurduq. Bundan sonra da gücümüz çatana qədər döyüşəcəyik".

Abbasov bəzi qol epizodlarını boşa vermələrini futbolçuların ustalıq səviyyəsi ilə əlaqələndirib: "Çempionatın əvvəlində az qol imkanı yaradırıq. Bir matçda 3 belə imkanımız olurdu. İndi isə daha çox fürsət olsa da, reallaşdıra bilmirik. Bu da futbolçuların ustalığından irəli gəlir. Çatışmazlıqların üzərində işləyirik. Son qolda Əmir Ağayevi məsuliyyəti öz üzərinə götürdü. Çünki oyunun son saniyələri idi. O, cərimə meydançasında aldatmağı xoşlayır. Qalan epizodlarda futbolçularımız qol epizodlarında bir-birlərinə ötürmə verirlər".

Baş məşqçi yayda "Sumqayıt"a qoşulan İlqar Qurbanovun ehtiyatda qalmasına da aydınlıq gətirib: "Bu gün oynamayan futbolçular öz üzərilərində işləməlidirlər. İlqar Qurbanov bizə gələndə 3 ay məşqsiz idi. Ona inanıram. Gələcəkdə oynamaq imkanı olacaq. Bu, bütün futbolçularımıza aiddir".

pia.az


Etiket: Ayxan Abbasov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar