Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərin diqqətinə: 4 gündən sonra cərimələr başlayır

Yol-nəqliyyat eksperti Elməddin Muradlı mövzu haqqında danışıb...

Bu il mayın 1-dən qeyri-rəsmi olaraq plyonkalara icazə verildi. Ancaq buna qədər yalnız arxa yan şüşələrə jaluz-pərdə vurulmasına icazə verilirdi.

PİA.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, bu il yol patrul xidməti əməkdaşlarına avtomobilinə qara plyonka vuran sürücüləri incitməmək tapşırığı verilmişdi:

"Sürücülər də buna əsaslanaraq plyonka vurmağa başladılar. Hətta qabaq yan şüşələrinə qara plyonka vuran taksi sürücüləri də oldu. Halbuki bu olduqca təhlükəli bir haldır. Qara pllyonka da birdəfəlik məhsuldur. Yəni jalüz və ya pərdə olanda bu il çıxarıb, gələn il yenidən istifadə edə bilirsən. Ancaq plyonka bir dəfə taxıldısa, çıxarılandan sonra istifadəsi mümkün deyil. Bu da sürücüləri narahat etməyə başlayıb. Hesab edirəm ki, plyonkalarla bağlı olan qadağa ləğv olunmalıdır".

E.Muradlı bildirib ki, əksər deputatlar və yol-nəqliyyat ekspertləri də arxa yan şüşələrə plyonka vurulmasını qadağan edən qanunun ləğvini dəstəkləyir:

"Hesab edirəm ki, arxa yan şüşələrə plyonka vurmaq olar. Bunun üçün beynəlxalq təcrübə də var. Ancaq təbii ki, qabaq yan şüşələrə pərdə, jaluz, qara plyonka vurulması tam qadağandır və buna icazə vermək olmaz. Çünki bizim sürüclər qabaq yan şüşələrə plyonka vurdursalar təhlükəsizlik kəmərindən istifadə etməyəcək, telefonla danışacaq, qucağında uşaqla maşın sürəcək, azyaşlı uşağı qabaqda oturdacaq və sair. Yol polisi də pozulan bu qaydaları aşkar edə bilməyəcək".

E.Muradlı bildirib ki, hazırkı qaydalara görə, 15 noyabr tarixindən sonra pərdə, plyonka, jalüzləri açmayan sürücülər cərimələnəcək.

Qeydd edə ki, hər il olduğu kimi, bu il də iqlim şəraiti nəzərə alınaraq plyonka və jalüzlərlə bağlı 1 maydan tətbiq edilən güzəşt 15 noyabr tarixində başa çatır.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar