Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünən deputat, bugün icra başçısı, bəs sabah?...

Parlamentdə fəaliyyət göstərən deputatların sayı azalır...

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Yasamal rayonuna yeni icra başçısı təyin edib. Milli Məclisin deputatı Həsənov Elşadın icra başçısı təyin olunmasıyla parlamentdə millət vəkillərinin sayı azalıb.

PIA.az xəbər verir ki, bu təyinatdan sonra parlamentdə fəaliyyət göstərən deputatların sayı 117-yə enib.

Belə ki, Elşad Həsənov millət vəkilliyindən daha yüksək vəzifəyə təyinat alan ilk deputat deyil. Ötən il Muxtar Babayev deputat ikən Ekologiya və Təbii Sərvətlər naziri təyin edilib. Babayevlə yanaşı, digər millət vəkili Fuad Muradov da Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

Ötən il daha yüksək vəzifəyə təyinat alanlardan biri də Rövşən Rzayev olub. 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 2018-ci ilədək deputat mandatını daşıyan Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilməklə parlamentlə vidalaşıb.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı olmuş Astan Şahverdiyev isə 2018-ci ilin aprelində vəfat edib. O, qəfil ürəktutmasından dünyasını dəyişib.

Son zamanlarda digərlərindən fərqli olaraq MM-dən qalmaqallı şəkildə ayrılan isə deputat Rafael Cəbrayılov olub. O, mandat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürüb və bu məsələ ictimailəşdikdən sonra millət vəkiliyindən istefa verib.

Qeyd edək ki, Milli Məclisə növbəti deputat seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək. (qafqazinfo.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar