Şənbə, 07 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

NATO-dan kənarda Avropanın çarəsizliyi...

Fransa həmişə Avropada təşkil olunacaq Avropa ordusunun lideri olmağı xəyal edib, amma bu xəyal həm Almaniya, həm də qitədə özünə rəqib bir ordu istəməyən İngiltərə tərəfindən əngəllənib...

İsmail Hakkı Pekin
“The Independent” qəzeti, 11 noyabr 2019-cu il

Fransa prezidenti Makron Türkiyənin “Sülh Çeşməsi” hərəkatı ilə bağlı açıqlama verərkən deyib: “NATO-nun beyin ölümü baş verdi”. Bu ifadə Soyuq Müharibədən sonrakı “Varşava paktı”nı, Sovet İttifaqının dağılmasını, Berlin divarının yıxılmasını, NATO-nun vacibliyini və NATO-nu yaşatmaq aparılan işləri xatırladır.

Soyuq Müharibənin bu müdafiə təşkilatına qarşı duyduğu ehtiyac yenidən müəyyənləşdirilməli, ABŞ-ın və Avropanın maraqları, hegemoniyası birləşdirilməli, Sovet İttifaqı və Varşava paktının dağılması nəticəsində, xüsusilə də şərqi Avropada yaranan siyasi zəiflik NATO tərəfindən doldurulmalı idi.

NATO-nun kollektiv müdafiə konsepsiyası, yeni 4-cü və 5-ci maddələri zəifləmədən təhdid, vəzifə sahələri, güc quruluşu 1992-ci ildən etibarən ayrı-ayrı illərə uyğun olaraq yenidən hazırlanmalı idi.

Nəticədə, 1991-in dekabr ayında NATO konsepsiyası təsdiqlənib və qüvvəyə minib.

NATO-da hər ölkə bərabər şəkildə səsvermə hüququna sahib idi, amma siyasi və hərbi nəzarət ABŞ-ın əlindəydi.

Bəs Avropanın müdafiəsi nə idi?

O dönəmdə AB-nin müdafiə və təhlükəsizlik üzrə qurumu olan BAB aktiv hala gətirilmişdi. Çünki Fransa və Almaniya 1992-dən etibarən tələb etməyə başlayıb ki, Avropanın müdafiəsi üçün lazım olan bütün qüvvə və təşkilatlanma avropalılar tərəfindən təkmilləşdirilsin.

ABŞ isə düşünürdü ki, Avropanın öz ordusunu yaratması, təhlükəsizlik və müdafiə təşkilatını təkmilləşdirməsi NATO-nu zəiflədəcək və ABŞ-ın Avropa üzərindəki hegemonluğunu sona çatdıracaq.

ABŞ bu məsələdə İngiltərəni və İtaliyanı önə sürüb. ABŞ adından Avropa ordusunun yaradılması əleyhinə çıxış edən İngiltərə və İtaliyanın önə sürdüyü arqument isə belə idi: “Ölkələrin onsuz da NATO üçün təsis etdiyi qüvvələr və qərargahlar var. Avropanın müdafiəsi üçün ayrıca qüvvə və qərargah yaratmaq əlavə xərclərə yol açacaq. Onsuz da Avropanın təhlükəsizliyi və müdafiəsi üçün BAB var. Üstəlik, Avropanın müdafiəsi üçün ayrıca bir təşkilat və plan qurmaq vaxt və enerji itkisidir.”

Bu fikirlərdən sonra orta bir yol tapıldı. Tapılan həll yoluna əsasən, BAB faktiki olaraq fəaliyyətə başlamalı, bu məsələdə lazım olan təşkilat yaradılmalı, NATO üçün təsis edilən qüvvələr, eyni zamanda BAB üçün də təsis edilməli, NATO ilə koordinasiya yaradılmalı, Türkiyə, İslandiya kimi ölkələr ortaq üzvə çevrilməli idi.

Sözügedən təşkilat üçün deyə bilərik ki, bu balıq başından iylənmişdi. Çünki təhlükəsizlik və müdafiə sistemləri, yəni bütün güc NATO-nun əlində idi. Bu müddətdə Avropa öz daxilindəki məsələlərə belə müdaxilə edə bilmədi. Köhnə Yuqoslaviyakı vətəndaş müharibəsinə belə ABŞ-dan və NATO-dan müdaxilə edilməsini gözlədi.

Yenə Avropa ölkələrindən Fransa və Almaniya olmaqla müdafiə xərclərini azaltmışdılar və silahlı qüvvələrini yenidən formalaşdıraraq kiçiltmişdilər. Avropa tamamilə ABŞ-dan asılı hala düşmüşdü.

Funksiyasını tamamladığı düşünülən BAB 2009-cu ildə sona çatıb.

Fransa həmişə Avropada təşkil olunacaq Avropa ordusunun lideri olmağı xəyal edib, amma bu xəyal həm Almaniya, həm də qitədə özünə rəqib bir ordu istəməyən İngiltərə tərəfindən əngəllənib.

Fransa və bəzi Avropa ölkələri heç bir əziyyət çəkmədən bölgədə lider olmağı tələb edir.

Makronun “NATO-nun beyni öldü” ifadəsi onu göstərir ki, Suriya ilə bağlı son proseslərdə Fransa ilə müzakirə aparılmadığı üçün Makron ABŞ-a qarşı üsyan edir. Həmçinin, Makron bu sözlərlə özü özünü pis vəziyyətdə qoyub. Buna həm Stoltenberq, həm Merkel, həm də Pompeo lazımi cavabı verib. Yəni Makrona NATO-da kimin lider olduğu və qərarların necə qəbul edildiyi yenidən bildirilib.

Avropa uzun müddət NATO, yəni ABŞ olmadan təhlükəsizliyini və müdafiəsini davam etdirə bilməz.

Nə Almaniya, nə Fransa, nə də İngiltərə istər tək başına, istərsə də ittifaq quraraq öz təhlükəsizliklərini davam etdirə bilməzlər.

Avropa Birliyi başda Fransa olmaqla, NATO olmadan öz təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə yaxın münasibətlər qurmağa və ittifaq yaratmağa məcburdur.

Makron “NATO-nun beyin ölümü” kimi sözlər deyərkən, həm öz ölkəsinin, həm də ətrafındakıların durumuna yaxşı-yaxşı nəzər salmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar