Cümə, 06 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ağ Evə kələk gəlmiş qadın

Tvitlə işə götürən və yola salan hökumətdə hər cür fırıldaqçının vəzifə tutmaq şansı var...

Dan De Lus, Lora Strikler, Ari Sen

“NBC News”, 12.11.2019

Tramp administrasiyasının rəsmisi təhsili ilə bağlı yanlış iməlumatlar verib, hətta Dövlət Departamentində yüksək vəzifə tutmaq üçün “Time” jurnalının saxta üz qabığını rezümesinə əlavə edib.

“NBC News”-un araşdırması ilə aydınlaşıb ki, Dövlət Departamentinin Münaqişələr və Sabitlik Əməliyyatları Bürosu katibinin müavini Mina Çanqq təhsil nailiyyətlərini və qeyri-kommersiya işlərinin həcmini şişirdib.

Nə ixtisası olursa-olsun, Çanqın Tramp administrasiyası ilə dolayı əlaqəsi olub. Brayan Bulatao, Dövlət Departamentinin yüksək fiquru və dövlət katibi Mayk Pompeonun köhnə dostu Dallasda Çanqın qeyri-kommersiya təşkilatına yardım edib və xeyriyyəçilik işinə 5500 dollar bağışlayıb.

Aprel ayında vəzifəsini qəbul edən Çanq həm demokratik, həm də respublikaçılarla işlədiyini bildirib.

Əslində, o, daha böyük dövlət işi üçün nəzərdən keçirilib, büdcəsi 1 milyard dollardan çox olan iş. Həm də Konqresdə Çanqın rezümesi ilə bağlı suallar ortaya çıxana qədər.

Çanqqın həqiqi ixtisası və iddiaları arasındakı boşluq Tramp administrasiyasında təyinatlarla əlaqədar hərtərəfli yoxlamanın yoxluğunu göstərir.

Corc Meyson Universitetinin professoru və vaxtilə hökumətin Kadrların İdarə Edilməsi Qurumunda işləmiş Ceyms Pfiffner deyib: “Görünür, əvvəlki administrasiyalardan fərqli olaraq, bu adminmistrasiya ciddi yoxlama aparmır”.

Dövlət Departamentindəki vəzifəsində, Dallasdan olan 35 yaşlı Çanq siyasi cəhətdən qeyri-sabit ölkələrdə münaqişələrin baş verməməsi üçün səyləri nəzarətdə saxlamağa kömək edir. 6 milyon dollarlıq büdcəsi olan büroda o, altı rəqəmli maaş alır. Dövlət katibi köməkçisinin müavini, bir qayda olaraq, gizli təhlükəsizlik sirrinə malikdir. Çanqda belə bir rəsmi icazənin olub-olmadığı bəlli deyil.

Çanqın şəxsi təcrübəsinin hazırkı işinə uyğunluğa gəlincə, o, “Linking the World” (“Dünyanı əlaqələndirən”) adlı qeyri-kommersiya təşkilatının (QHT) icraçı direktoru vəzifəsində çalışıb. O, internetdə öz kiçik qeyri-kommersiya təşkilatını onlarla ölkədə fəaliyyət göstərən, məktəblər tikən və minlərlə insanı təşviq edən kimi tanıdıb. Lakin vergi sənədləri işçi heyəti ilə büdcə 300.000 dolları aşmayan QHT-nin xarici layihələri haqqında konkret məlumat təqdim etmir.

“Linking the World”-un keçmiş aparat müdiri İan Deylinin sözlərinə görə, bu, genişmiqyaslı proqramları həyata keçirməyən və dronlar da daxil olmaqla, yeni texnologiyaların humanitar yardıma yeni yanaşmaların sınayan qeyri-hökumət təşkilatıdır.

QHT-nin saytına yerləşdirilən (2017-ci il) videoda Çanqq “Time” jurnalının üzqabığında əks olunub. “Time” jurnalının sözçüsü Kristin Matzen, üzqabığın orijinal olmadığını söyləyib.

Çanqqın tərcümeyi-halında onun BMT-nin humanitar yardım səylərində iştirakı söylənir. Ancaq iddiasını dəstəkləyən heç bir qeyd yoxdur.

Daha sonra Çanq rəsmi tərcümeyi-halında Harvard Biznes Məktəbinin məzunu olduğunu söyləyir. Universitetdən verilən məlumata görə, Çanq yalnız 2016-cı ildə yeddi həftəlik kursda iştirak edib və elmi dərəcə almayıb.

Harvard Buznes Məktəbinin sözçüsü Mark Kautela deyib ki, məktəbin müəyyən təhsil proqramlarında iştirak edən hər kəsə, hətta elmi dərəcə və diplom qazanmadan da “məzun statusu” verilir.

Dövlət Departamentinin veb saytındakı tərcümeyi-halında Çanqın Ordu Döyüş Kollecində bir proqramın “məzunu” olduğunu söylənir. Kollecdən verilən məlumata görə, qatıldığı proqram milli təhlükəsizlik mövzusunda dördgünlük seminar olub.

Çanq bioqrafiyasında hər hansı bir bakalavr dərəcəsinə istinad etmir, lakin onun “LinkedIn” hesabında Millətlər Universiteti, bütün qitələrdə 600 ofisli könüllü müəllimləri olan xristian məktəbindən bəhs olunur.

O deyir ki, 2016-cı ildə həm demokrat, həm də respublikaçı milli konvensiyalarla işləyib, lakin video və sənədlər eyni vaxtda Filadelfiya və Klivlenddə keçirilən ayrı-ayrı tədbirlərdə danışdığını göstərir.

Çanqın prezident Donald Trampın siyasi kampaniyası ilə heç bir əlaqəsi olmayıb, amma “West Point” hərbi məktəbində keçmiş sinif yoldaşı və dövlət katibi Pompeonun işgüzar dostu Brayan Bulatao əksinə, xeyriyyəçilik qrupuna 5500 dollar ianə verib. Halbuki Bulataonun təşkilatda heç bir rolu yoxdur.

Çanq özünü dünya miqyasında izlənən humanist kimi təqdim edərək, fəal sosial media profilini yaradıb və Dallasdakı yaxşı topluluqlu xeyriyyə süfrələrində, o cümlədən “Women That Soar” naharında görünüb.

42 min izləyicisi olan “Instaqram” hesabında məşhur prezidentlərlə, o cümlədən Bill Klinton, istefada olan general David Petreus, keçmiş müdafiə naziri Bob Geyts, Karl Rouv, keçmiş dövlət katibi Madlen Olbrayt və Bazz Aldrin kimi şəxslərlə “selfie”-ləri var.

O, ABŞ hərbçiləri ilə də əlaqə qurub. Hökümət podratçı olan “AlliedBarton Security Services” 2016-cı ildə Dallasda QHT üçün pul yığma yeməyinə sponsorluq edib və əsas məruzəçi “West Point”-dakı mülki hərbi əməliyyatlar direktoru Con Melkon olub.

Çanq əvvəlcə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Asiyadakı işinə nəzarət edəcək bürosuna rəhbər təyin olunmalı imiş. O zaman bu qadın 1 milyard dollardan çox büdcəyə cavabdeh olardı. Administrasiya onun namizədliyini irəli sürmək niyyətini 2018-ci ilin sonlarında elan edib. Amma müvəqqəti olaraq Dövlət Departamentindəki vəzifəsinə təyin edilib.

Senatın təsdiqlənməsini tələb edən USAID işinə namizədliyinin irəli sürülməsi sentyabrın 9-da Xarici Əlaqələr Komitəsi qeyri-kommersiya təşkilatı və iş təcrübəsi haqqında daha çox sənəd və təfərrüat istədikdən sonra rədd edilib. Konqres üzvləri Ağ Evi yüksək səviyyəli vəzifələrə təyin olunacaq namizədləri yaxşı yoxlamamaqda günahlandırıblar.

24 yaşlı keçmiş Tramp kampaniyası könüllüsü Taylor Veyenet də heç bir müvafiq peşə təcrübəsi olmadan Ağ Evin narkotik maddələr siyasəti idarəsində böyük vəzifəyə yüksəldilib. O, keçən il “Washington Post” qəzetinin araşdırmasından sonra ictimaiyyətin diqqətini cəlb edib və işdən çıxarılıb.

Avqust ayında Tramp milli kəşfiyyat agentliyi direktoru vəzifəsinə Con Ratkliffin namizədliyindən imtina edib. Ratkliffin namizədliyini də qeyri-peşəkarlığına və saxta tərcümeyi-halına görə konqresmenlər təsdiqləməyib.

Ceyms Pfiffnerin sözlərinə görə, keçmiş administrasiyalarda Ağ Ev işçiləri potensial təyin olunmuş şəxsin təhsili və işinə yararlılığı, habelə zərər verə biləcək hər hansı bir məhkəmə işləri və ya cinayət sənədlərini diqqətlə yoxlayırdılar.

“Ağ Ev çox dəqiq suallar verilirdi: heç boşanmısınız və ya həbs olunmusunuzmu?.. Çanqın məsələsinə gəlincə, bu iddiaları yoxlamaq nisbətən asan olacağını gözləyərdim”.

Pfiffner əlavə edib: “Trampın yüksək səviyyəli insanları tvitlə işə götürməsi və yola salması hökumət üçün yaxşı hal deyil. Ancaq çox bacarıqlı deyilsinizsə, bu, administrasiyaya yol tapmaq üçün əla bir şansdır”.(Tərcümə: Strateq.az)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Mina Çanqq

loading...

Ən çox oxunanalar