Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bələdiyyə seçkiləri niyə önəmsizdir? - Sərdar Cəlaloğlu cavab verdi

Azərbaycanda siyasi partiyaları mübarizəni niyə bələdiyyə qurumlarına daşımaqda bu qədər maraqsızdırlar?..

ADP sədri: “Azərbaycanda uzun müddət seçkilərin saxtalaşdırılması insanların seçkidə iştirak etməsinə çox mənfi təsir edib”.

“Bələdiyyə seçkilərində iştirak etmək üçün də kifayət qədər maliyyə resursları lazımdır. Biz partiya olaraq qrup şəklində bələdiyyə seçkilərində ona görə iştirak etmədik ki, tələb olunan maliyyə vəsaitimiz yoxdur.”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Azərbaycanda bələdiyyə seçkilərinin önəmsizliyinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək. Bu yerli seçkilərin ab-havası demək olar ki, Azərbaycanda hiss olunmur. Seçkilərlə bağlı ancaq MSK-nın rəsmi məlumatları yayılır. Ümumilikdə götürdükdə isə bələdiyyə seçkiləri heç bir zaman Azərbaycanda ciddi siyasi hadisə kimi qəbul olunmayıb və hakim Yeni Azərbaycan Partiyasını istisna edərsək, digər soyasi partiyalar bu prossesdə demək olar ki, iştirak etmirlər, ya da çox könülsüz iştirak edirlər. Azərbaycandan fərqli olaraq isə dünyanın hər yerində yerli seçkilər ciddi siyasi hadisə kimi qəbul edilir və bütün partiyalar bu siyasi prossesdə aktiv iştirak edirlər. Misal üçün, Türkiyədə keçirilən son yerli seçkilər öz gərginliyi və siyasi mübarizəsi ilə prezident seçkilərini arxada qoydu. Şimal qonşumuz Rusiyada da yerli seçkilər ətrafında ciddi qarşıdurmalar baş verib.

Bələdiyyələrin məhdud səlahiyyətləri və bu məhdud səlahiyyətlərin də icra orqanları tərəfindən mənimsənilməsi təbii ki, Azərbaycanda siyasətin bu seçkiyə olan marağını kəskin şəkildə aşağı salır. Lakin siyasi partiyaların hətta bələdiyyə seçkilərindən əsas seçkilərə doğru məşq araenası kimi istifadə etmək istəməmələri də maraq doğurur.

Azərbaycanda bələdiyyə seçkilərinin önəmsizliyi niyə bu qədər nəzərə çarpır və Azərbaycanda siyasi partiyalaı mübarizəni niyə bələdiyyə qurumlarına daşımaqda bu qədər maraqsızdırlar? Həmçinin siyasi partiyalar bələdiyyələrdə aktiv iştirak edərlərsə və siyasi mübarizəni bələdiyyələrə daşıyarlarsa, bu quruluşun önəmi arta bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

Sərdar Cəlaloğlu: “Azərbaycanda çox partiyanın belə seçkilərə pul ayırmaq imkanı yoxdur”.

İstənilən mərhələdə olan seçkilərin partiyaların həm siyasi aktivlik, həm siyasi nəticə baxımından iştirakını olduqca vacib hesab edən ADP sədri möczu ilə bağlı PİA.az-a açıqlamasında əlavə edib ki, söhbət həqiqi seçkilərdən gedərsə, siyasi partiyalar bu prossesə aktiv şəkildə qoşularlar. Lakin yalançı prosedurlarda iştirak etməklə həm kifayət qədər vəsait itirildiyinə, həm də əldə edilən nəticəni əlində saxlaya bilmədiklərinə görə siyasi partiyalar bu prosseslərə qoşulmaqda maraqlı deyillər. Ona görə də əsasən ayrı-ayrı partiya mənsubları müstəqil şəkildə bələdiyyə seçkilərinə qatılmağa üstünlük verirlər:

Azərbaycanda uzun müddət seçkilərin saxtalaşdırılması insanların seçkidə iştirak etməsinə çox mənfi təsir edib. İnsanlar inansalar ki, hər hansı səviyyədə seçkidə iştirak etsələr və əldə etdikləri nəticəələri qoruyub saxlaya biləcəklər, o zaman mütləq şəkildə yerli seçkilərdə iştirak edərlər. Həm də böyük aktivlik nümayiş etdirərələr. Ümumiyyətlə ölkədə keçirilən seçkilərə önəmin az olması seçki proseduruna inamsızlıqla bağlıdır.

Digər tərəfdən bələdiyyə seçkilərində iştirak etmək üçün də kifayət qədər maliyyə resursları lazımdır. Biz partiya olaraq qrup şəklində bələdiyyə seçkilərində ona görə iştirak etmədik ki, tələb olunan maliyyə vəsaitimiz yoxdur. Azərbaycanda çox partiyanın belə seçkilərə pul ayırmaq imkanı yoxdur.

İstənilən mərhələdə olan seçkilərin partiyaların həm siyasi aktivlik, həm siyasi nəticə baxımından iştirakı olduqca vacibdir. Təbii ki, söhbət həqiqi seçkilərdən gedərsə, siyasi partiyalar bu prossesə aktiv şəkildə qoşularlar. Lakin yalançı prosedurlarda iştirak etməklə, həm kifayət qədər vəsait itirilir, həm də əldə edilən nəticəni əlində saxlamaq mümkün olmur. Ona görə də siyasi partiyalar bu prosseslərə qoşulmaqda maraqlı deyillər. Bu üzdən də əsasən ayrı-ayrı partiya mənsubları müstəqil şəkildə bələdiyyə seçkilərinə qatılmağa üstünlük verirlər.

Mən hesab edirəm ki, məhz bu səbəbdən bələdiyyə seçkilərində iştirak etməyin heç bir mənası və önəmi yoxdur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar