Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ölkənin nəqliyyat problemləri və onların həll yolları müzakirə olunub - Foto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bu haqda məlumat verilib... 

Azərbaycanda nəqliyyatın dekarbonizasiyası” layihəsinin məqsədləri və planlaşdırılan tədbirlər barədə müvafiq tərəflərin məlumatlandırılması məqsədilə rəsmi açılış iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Bakıda baş tutan görüşdə Beynəlxalq Nəqliyyat Forumu, həmçinin İqlim, Ətraf Mühit və Enerji üzrə “Wuppertal” İnstitunun nümayəndələri də qatılıblar. Eyni zamanda iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin müvafiq şöbə və qurumlarının, Energetika, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Dövlət Statistika Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, SOCAR-ın, Bakı Mühəndislik, Azərbaycan Texniki Universitetlərinin nümayəndələri və UNDP-nin EU4Climate layihəsi üzrə nümayəndəsi iştirak edib.

Beynəlxalq Nəqliyyat Forumu tərəfindən 2019-2022-ci illər ərzində keçiriləcək "İnkişaf etməkdə olan iqtisadiyyatlarda nəqliyyatın dekarbonizasiyası" adlı layihə Almaniyanın Ətraf Mühit, Təbiətin Mühafizəsi, Tikinti və Nüvə Təhlükəsizliyi üzrə Federal Nazirliyi tərəfindən maliyyələşdirilir. Məqsəd 4 ölkə – Azərbaycan, Argentina, Hindistan və Mərakeşdə iqlimlə bağlı hədəf və öhdəliklərin yerinə yetirilməsi üçün nəqliyyat sahəsində proqramların hazırlanmasına köməklik göstərilməsidir.

Bu gündən 15 noyabr tarixinədək Azərbaycanda mövcud nəqliyyat problemləri və nəqliyyat sektorunda istilik effekti yaradan qazların emissiyalarının azaldılması istiqamətində görülən işlərə dair aidiyyəti qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun üzvüdür. Bu layihədə iştirak "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişi" üzrə öhdəliklərin yerinə yetirilməsinə müsbət töhfə verəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar