Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hanı məsul qurumların mətbuat xidmətlərinin rəhbərləri?” - dövlət qurumları tənqid olundu - Video

 Azərbaycan Televiziyasının aparıcı Rüfət Həmzəyevin təqdimatında efirə gedən “Əsas məsələ” tok-şousunda dövlət qurumlarının mətbuat xidmətlərinin işi müzakirə olunub...

PİA.az xəbər verir ki, verilişdə qonaq olan bloqer, jurnalist Tural ismayılov bəzi mətbuat katiblərini tənqid edib. O, hər bir məmurun ölkə başçısından örnək götürməli olduğunu deyib: “Ölkəmizdə əsas örnək alınacaq vicdanlı məmur obrazı cənab Prezidentdir: rayonlara səfərlərdə xalqın içində olması, bu günlərdə keçirilən ağacəkmə aksiyasında gənclərlə səmimi münasibəti, söhbətləri... Bu, hansısa bələdiyyəyə sədr seçiləndən sonra 50 metr məsafəyə adam buraxmayanlara, icra hakimiyyətlərində özlərini kiçik firon hesab edən bəzi şöbə müdirlərinə dərs olmalıdır. Amma olurmu?

Bu gün Azərbaycanda idarəetmədə bir sıra yeniliklər həyata keçirilir. Qurumlar birləşdirilir, bəziləri ləğv edilir, yeniləri yaradılır.

Bəzi qurumların mətbuat xidmətlərinin rəhbərləri, birbaşa jurnalistlərlə işləməli olan, ictimaiyyətə təsir etməli olan adamlar işlərini görürmü? Sosial mediada dayanmadan Azərbaycan əleyhinə, ölkədə görülən hər müsbət işə qarşı xaos və çirkab yayırlar. Bu məlumatların qarşısını almalı olan adamlar fəaldırmı, aktivdirmi? Xeyr, deyillər. Elələri var ki, ümumiyyətlə jurnalistlərin telefonlarına cavab vermirlər”.

Hüquq müdafiəçisi Sahib Məmmədov müzakirələrə qoşularaq maraqlı nüansa diqqət çəkib: “Bir dövlət idarəsinin rəhbəri mətbuat üçün, cəmiyyət üçün açıqdırsa, onun mətbuat xidməti də açıqdır. Məsələn, Bakı Nəqliyyat Agentliyi. Gecə 2-də də nəsə yazsan, dərhal reaksiya verirlər”.

Tural İsmayılov isə daha bir nümunə göstərib: “Bu dediklərinizə “ASAN xidmət”i də nümunə kimi göstərmək olar. Amma elə qurumlar var ki, Azərbaycanın əleyhinə yayılan saxta informasiyaların qarşısına doğru informasiyaları çıxara bilmirlər. Hansısa xarici ölkədə baş vermiş hadisəni Azərbaycanda baş vermiş kimi təqdim edirlər. Bəs hanı məsul qurumların mətbuat xidmətlərinin rəhbərləri?”

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar