Cümə, 06 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Deputat müsavatçıların Almaniyada saxlanılmasından danışdı

"Bunu biz demirik, Almaniya hökuməti deyir..."

“Xarici köçənlərin hamısını eyni xasiyyətdə, düşüncədə qəbul etmək olmaz. Onların arasında Azərbaycan xalqını layiqincə təmsil edənlər kifayət qədərdir. Amma bununla belə elələri var ki, xarici ölkəyə köçdükdən sonra da Azərbaycanda törətdiyi pis əməlləri orada da davam etdirməyi özünə rəva bilir. Çox maraqlıdır ki, saxlanılan şəxslərin arasında Müsavat Partiyasının da üzvlərinin olduğu məlum olur”.

Bunu Pravda.az-a Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadənin sözlərinə görə, uzun müddətdir, cəmiyyətdə müzakirələr aparılırdı, faktlarla sübut edilirdi ki, müxalifət partiyalarının bəziləri, o cümlədən Müsavat Partiyası insanların xaricə miqrasiya etməsi üçün saxta vəsiqələr verir: “Həmin şəxslər barəsində guya təzyiqə məruz qalmaları ilə bağlı saxta arayışlar tərtib edirlər. Nəticə göz qabağındadır. Bunu, artıq biz demirik, Almaniya hökuməti deyir... Bu, bir daha göstərir ki, qanuna hörmət etmək, çirkin işlərdən uzaq olmaq lazımdır. Heç bir zaman dövləti aldatmaq sona qədər davam edə bilməz. Hesab edirəm ki, Azərbaycanda özünü mənfi tərəfdən göstərən insanlar xaricə köçdükdə də eyni əməlləri davam etdirirlər”.

Xatırladaq ki, noyabrın 13-də Almaniyada Azərbaycanın 7 vətəndaşı saxlanılıb. Almaniyada qanunsuz miqrasiya işləri ("miqrant alveri") ilə məşğul olmaqda şübhəli bilinən cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər bunlardır:

1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi,

2. İlham Həsən - Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı,

3. Mehdi Xəlilbəyli - Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini,

4. Abdin Cavadov - Müsavat AKM-in üzvü,

5. Əlövsət Əliyev - “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi,

6. Rəşad Məmmədov - Mehdi Xəlilbəylinin sürücüsü,

7. Elşən Abdullayev - Müsavat Partiyasının üzvü

Almaniyada polis "miqrant alveri" ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat təşkil edib. Federal Kriminal polis ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərinə basqın edib. Obyektlərdə aparılan yoxlamalar zamanı çox sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb. Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı çox sayda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif siyasi partiyalara aid üzvlük vəsiqələri, arayışlar, Azərbaycanın hüquq-mühafizə orqanlarına aid möhür və ştamplar, eyni zamanda ümumilikdə 21 min avro nağd pul maddi sübut kimi götürülüb. Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, azərbaycanlılardan ibarət cinayətkar dəstə sonuncu dəfə 20 Azərbaycan vətəndaşını 3 min və 10 min avro qarşılığında saxta sənədlərlə təmin edərək, onların qanunsuz yolla Almaniyaya gəlmələrinə kömək ediblər. Həbs edilənlərdən Ə.Əliyev 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. O, Almaniyanın Düsseldorf şəhərində “Leqat” inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib. 2003-cü ildə Azərbaycandan gedərək Almaniyadan sığınacaq alan M.Xəlilbəyli isə ötən illər ərzində qanunsuz "miqrant alveri" ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvü olub.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar