Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlövsət Əliyevin hazırlatdığı saxta sənədlər yayıldı - Fotolar

Mühacir alverinə görə Almaniya polisi tərəfindən saxlanılan “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin hazırladığı saxta sənədlərin fotoları yayılıb...

Ötən gün Almaniya polisi miqrant alveri ilə məşğul olanlara qarşı əməliyyat keçirib.

Keçirilən əməliyyat ölkənin Köln, Frankfurt, Koblenç və Düsserdorf şəhərlərini əhatə edib. Yayılan məlumata görə, saxlanılanların içərisində Müsavat Partiyasının Avropa qolu olan Müsavat Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu Abdin Cavadov və Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov da var.

Yenisabah.az xəbər verir ki, bununla yanaşı mühacir alverinə görə Almaniya polisi tərəfindən saxlanılan “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin hazırladığı saxta sənədlərin fotoları yayılıb.

Yayılan sənəd Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi tərəfindən verilib. Onu birliyin direktoru Parviz Əliyev imzalayıb. Bildirək ki, Azərbaycanda olduğu zaman bu mərkəzə Əlövsət Əliyev rəhbərlik edib.

2016-cı ildə hazırlanan “sənəddə” iddia olunur ki, arayışın verildiyi şəxs polis tərəfindən təqib olunur və buna görə də o verdiyi məlumatların gizli saxlanılmasını xahiş edib. Onun Bakı Metropoliteinində korrupsiya faktları ilə bağlı təzyiqlərə qaldığı da bu “sənəddə” öz əksini tapıb.

“Arayış” həm Azərbaycan, həm də alman dilində hazırlanıb.

Alman polisinin başladığı araşdırmalardan sonra bu kimi saxta arayışlar nəticəsində xeyli “mühacir”in üzə çıxacağı gözlənilir. Hətta onların mühacir statusunun ləğv olunması, Azərbaycana deportasiya ediləcəyini də ehtimal etmək olar.

Əldə etdiyimiz məlumata görə, Azərbaycanda Ə. Əliyevlə bağlı hələ ki, heç bir cinayət işi yoxdur.

Qeyd edək ki, dünən alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb. Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Hәmin dəstə üzvlәri qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya aparırmışlar.

Onlar ən azı 20 nəfəri Azərbaycandan Almaniyaya 3000 ilə 10.000 avro arasında qaçaqmalçılıqda ittiham edirlər.

Həbs olunanların bu saata olan siyahısı aşağıdakı kimidir:

1. Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

2. İlham Həsən - Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

3. Mehdi Xəlilbəyli - Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

4. Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

5. Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri

6. Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü

7. Elşən Abdullayev - Almaniyada yaşayır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar