Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya dini liderlərinin II Bakı Sammiti çərçivəsində I plenar iclas keçirilib

İclasın moderatoru Baş Nazirin müavini Əli Əhmədov olub...

İclasın moderatoru olan II Bakı Sammitinin Təşkilat Komitəsinin sədri, Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov bildirib ki, adıçəkilən tədbirin keçirilməsi artıq ənənə halını almaqdadır.

Onun sözlərinə görə, torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğal edilməsinə və işğal nəticəsində bir milyondan çox vətəndaşının məcburi köçkünə çevrilməsinə baxmayaraq, Azərbaycan özünün dini, irqi tolerantlıq fəlsəfəsi ilə hər zaman fərqlənib.

Baş Nazirin müavini deyib ki, hazırda dünyada müxtəlif qəbildən olan müharibələrin, qarşıdurmaların sayı artmaqdadır: “Bu vəziyyət dini liderlərin qarşısında yeni vəzifələr qoyur. Hesab edirəm ki, Dünya dini liderlərinin Bakı Sammiti yer üzündə milyonlarla insanı narahat edən problemlərin müzakirə ediləcəyi bir platformaya çevrilir”.

Daha sonra çıxış edən BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos bildirib ki, bu gün dini liderlər və dini qurumlar dünyada mühüm rola malikdirlər: “Heç kimə sirr deyil ki, din terrorçuların əlində alətə çevrilib. Bunun üçün də biz dini qurumlarla fəal əməkdaşlıq etməliyik. Dini liderlər münaqişələrin həllində öz sözlərini deməlidirlər. Eyni zamanda dini liderlər sülhün bərqərar edilməsi üçün çağırışlar etməlidirlər”.

Türkiyənin Diyanət İşləri başqanı Ali Erbaş qeyd edib ki, terrorçuluğun din üzərindən təbliğatına qarşı mübarizə aparılmalıdır: “Biz dini liderlər bunun üçün müştərək işlər həyata keçirməliyik”.

Plenar iclas çərçivəsində “Bəşəri çağırış” filmi nümayiş olunub.

Plenar iclas çıxışlarla başa çatıb.(APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar