Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alman polisinin “Müsavat”çı ovuna partiya rəhbərliyi niyə susur?

Saxta mühacir sәnәdlәrindәn bir milyon manat qazanılıb...

Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və “siyasi mühacir alveri”nə görə Almaniya polisi tərəfindən həbs edilməsi günün əsas qalmaqalına çevrilib.

Xatırladaq ki, noybarın 13-də Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı miqrant biznesi ilə məşğul olan 7 Azərbaycan vətəndaşı saxlanılıb. Barələrində həbs qətimkan tədbiri seçilən şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrinin sabiq rəisi Elçin Əkbərov, Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (Müsavat AKM) sədri, Kəlbəcər rayonunun sabiq icra başçısı İlham Həsən, Müsavat partiyasının üzvü, Müsavat AKM sədrinin müavini Mehdi Xəlilbəyli, Müsavat AKM-in üzvü Abdin Cavadov, “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev, Mehdi Xəlilbəylinin sürücüsü Rəşad Məmmədov, Müsavat Partiyasının üzvü Elşən Abdullayevdir.

Obyektlərdə aparılan yoxlamalar zamanı çoxlu sayda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb. Adı çəkilən şəxslər Almaniyada qanunsuz miqrant alveri ilə məşğul olmaqda şübhəli bilinirlər və barələrində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bunda əvvəldə Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və “siyasi mühacir alveri” ilə məşğul olmaları ilə bağlı məlumatlar ortaya çıxmış və partiya rəhbərləri bu məsələ ilə prokurorluq orqanları tərəfindən dindirilmişdi.

Almaniyadakı həbslərdən sonra yayılan məlumatlarda bildirilir ki, Müsavat Partiyası üzvlərinin qanunsuz miqrasiya işləri və “siyasi mühacir alveri”ndən bir milyondan artıq qazanc əldə ediblər.

Maraqlıdır ki, Müsavat Partiyasının rəhbərliyi Almaniyada baş verən həbslərlə bağlı heç bir açıqlaama vermir. Bu gün dəfələrlə PİA.az-ın əməkdaşları Müsavat Partiyasının rəsmiləri ilə əlaqə saxlamağa cəhd eləsələr də, bu cəhdlər uğursuz olub. Görünür ki, partiya rəsmiləri susmaqla qalmaqalın üstündən keçməyə cəhd edirlər. Halbuki bu Müsavat Partiyasının hazırda sərgilədiyi mövqe partiyanın irəli sürdyü dəyərlərlə daban-dabana ziddir. Baş verənlərlə bağlı Müsavat Partiyası açıqlama verməyə borcludur və bütün Azərbaycan ictimaiyyəti bu açıqlamanı gözləyir.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Müsavat başqanlığına keçmiş namizəd Yadigar Sadıqlı isə baş verən biabırçılığa görə Müsavat Partiyasının başqanı Arif Hacılını ittiham edib. Yadigar Sadıqlının sözlərinə görə, Müsavat başqanı Arif Hacılı zaman-zaman qabaran və partiyanın adının neqativ planda hallanmasına yol açan “mühacir problemi” məsələsinin aydınlaşdırılmasında maraqlı olmayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar