Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan: “Türkiyə “S-400”dən imtina etmək niyyətində deyil”

“ABŞ bizə “Patriot” sistemi satmağa razı olsa belə, Ankara “S-400” raket qurğularından imtina etmək fikrində deyil”...

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqton səfərindən qayıdankən bildirib: “ABŞ-ın nəzərinə çatdırdıq ki, əgər onlar məqbul şərtlərlə bizə “Patriot” satmaq istəsələr, biz bu qurğuları almağa hazırıq. Lakin heç bir halda ABŞ-ın tələb etdiyi kimi “S-400”dən imtina etməyəcəyik” deyən Türkiyə Prezidenti onu da qeyd edib ki, Ankaranın qarşısında Rusiyadan silahı almamaq tələbi qoymaq ölkənin suveren hüququnu pozur.

Ərdoğan daha sonra qeyd edib ki, Türkiyənin təhlükəsizlik sistemində “S-400”lərin olmasının önəmi böyükdür:

“Biz “Patriot” almağa hazırıq. Türkiyə müdafiə sistemini inkişaf etdirir. Bizim hərbi strategiyamız belə qurulub. Biz dost və düşmən seçimi etmək niyyətində deyilik. Bəzən məndən soruşurlar ki, kim mənim üçün dost, kim düşməndir - Rusiya, yoxsa ABŞ? Bizə düşmən lazım deyil. Biz həm Amerika, həm də Rusiya ilə dost olmaq istəyirik. Biz buna çalışırıq və müvafiq addımlar atırıq. Belə davranışımız kimlərisə narahat edir”.

Ərdoğan hesab edir ki, Trampın “F-35”-lərin Türkiyəyə çatdırılması ilə bağlı fikirləri pozitivdir və “S-400”lər bu istiqamətdə problem yaratmamalıdır:

“Biz müştərək komissiyanın yaradılmasını və “S-400”lərlə bağlı problemi birlikdə müzakirə etməyi təklif etdik. ABŞ hesab edir ki, “S-400” “F35” üçün məqbul sistem deyil. Lakin bizə “F35” verən də yoxdur. Lakin mən Trampın bu məsələdə daha pozitiv düşündüyünün şahidi oldum”,- deyən Ərdoğan onu da bildirib ki, Vaşinqtondan alınacaq “F35”in ümumi dəyəri 2.4 milyard dollardır.

“Biz, bu günə qədər 1.4 milyard dollar ödəmişik. Lakin bir təyyarə belə bizə çatdırılmayıb. Biz müştəri deyilik, biz tərəfdaşıq”, - deyən Türkiyə Prezidenti ümidvar olduğunu bildirib ki, müştərək komissiya onun Trampla apardığı danışıqlar zamanı əldə edilən razılaşmanı öyrənəcək və müsbət nəticə hasil olunacaq.

pia.az


Etiket: S-400 Ərdoğan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar