Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kraliça Le Mejurieri niyə qoruya bilmədi?.. - Və yaxud Skripalları niyə zəhərlədilər...

Mariya Zaxarova və ya hər hansı önəmli bir rus başqa bir ingilisi günahlandırsaydı, mütləq o adam edam ediləcəkdi...

Ergün Diler 

“Takvim” qəzeti, Türkiyə, 14 noyabr 2019-cu il

Dünəndən bəri Qərb mediasının gündəmində İstanbulda, Karaköydəki cinayət işi var. Ceyms Qustav Eduard Le Mejurierin öldürülməsi bəzi qaranlıqları dəhlizləri sarsıdıb...

Əvvala qeyd etmək lazımdır ki, İstanbulda yaşayanların belə şəhərdə baş verən bir çox şeydən xəbəri yoxdur. 

2018-ci ildə İngiltərənin Selsberi şəhərində köhnə rus casusları olan Sergei Skripal və Yuliya Skripala qarşı keçirdiyi iddia edilən qaz hücumu saxta bir əməliyyat idi. Bu planın arxasında ABŞ vardı. Mİ6-dakı dərin quruluşla Vaşinqton ortaq şəkildə hərəkət edirdi. Məqsəd İngiltərənin Rusiya ilə olan güclü əlaqələrini zəiflətmək idi. Skripal əməliyyatını da bunun üçün həyata keçirdilər.

Ardınca İngiltərə və Rusiya üz-üzə qaldı. Bir-birilərini düşmən elan etdilər. İngiltərədə yaşayan oliqarxlar milyonlarla sterlinq itirmişdi. Bu, rus dövlətinin pulu idi. Nəticədə, əməliyyat öz təsirini göstərmiş və nəticəsi alınmışdı. Roman Abramoviç kimi bir çox şəxs Londona girə bilməmişdi.

Abramoviç vasitəsilə ən böyük mesaj Putinə verilmişdi. Putin və kraliça Elizabet Böyük Britaniya Lordlar palatası və 10 Nömrə də bütün həqiqətləri bilirdi, amma Amerika təfəkkürü bu cür güclü bir silah idi və uğurlu idi. MKİ və Mİ6-nın dəstəyini də unutmayaq...

İndi isə keçək İstanbula.

Açıq şəkildə görünür ki, İngiltərə imperiyası Le Mejurieri qoruya bilmədi. Le Mejurierə 2016-cı ildə “Suriya Sivil Müdafiədəki xidmətlərindəkinə və ingilis şirkətlərinin neft qazanmasındakı böyük uğuruna görə” Kraliçanın ən prestijli hədiyyəsi olan İngiltərə İmperiyasının nişanı (OBE) təqdim edilmişdi. Bu, nə Oskar mükafatına, nə də Nobelə bənzəyir. Bu, rəqibsiz və çox böyük bir şərəf idi. Bu mükafata layiq görülən hər kəs ailəsi ilə birlikdə Kraliça Elizabetin qorunması altına alınır. 

Lakin indi ABŞ İngiltərənin gizli qapılar arxasında apardığı görüşlərə mane olmaq üçün Le Mejurieri edam etdirdi. Bunu deyən də məhz amerikalılardır. 

Əsas sual da budur: Le Mejurier niyə hədəfə qoyuldu?

Bəli, bu işdə əsas günahkar Rusiyadır. Mariya Zaxarova cümə günü Le Mejurier üçün: “O, Mİ6 casusudur və çox təhlükəlidir. Kosovada və Bosniyada qarşımıza çıxan şəxs Le Mejurier idi”, deyib. Hətta daha da üstünə qoyaraq: “Ağ Dəbilqələr ən təhlükəli terror təşkilatlarına yardım edir. Kimyəvi silahdan belə istifadə ediblər...”, deyib.

Mariya Zaxarova və ya hər hansı önəmli bir rus başqa bir ingilisi günahlandırsaydı, mütləq o adam edam ediləcəkdi. Yəni fərdlərin bir önəmi yoxdur. Dəyərli olan əməliyyatın özü idi. Əslində MKİ Le Mejurieri növbəti ayda Suriyada edam edəcəkdi. Suriya lideri Bəşər Əsədə sui-qəsd etmək istəyən Mİ6 casusu kimi öldürüləcəkdi. Düşüncə bu şəkildə formalaşdırılacaqdı.­ Həmin şəxs də Amerika mediasının təzyiqi ilə Le Mejurier olacaqdı.

Lakin Le Mejurier MKİ-dakı qaynaqlarından bu xəbəri alan kimi Suriya səfərini lığv edib. MKİ da əməliyyatı saxlayıb. Lakin Zaxarovanın açıqlaması Le Mejurierin qətlini başlatdı. Ona görə də, Rusiya ittiham oluanacaq.

Pentaqon Rusiyanın hədəf olacağını göstərib. Amerika mediası dərhal hərəkətə keçib və Rusiya ilə Bəşər Əsədin Le Mejurieri “casus və təhlükəli” adlandırmasınpı önə çıxarıb. Çünki Rusiya pərdə arxasında İngiltərə ilə həm Suriya üçün, həm də Aralıq dənizi üçün danışıqlar aparırdı. İngiltərə bölgəyə Rusiya ilə birlikdə daxil olacaqdı. Cənubi Kipr, əslində, ingilis və rus torpağıdır. Ona görə də, MoskvaLondon Cənubi Kipr məsələsində ortaqdır. Bu baxımdan Aralıq dənizində də bu ortaqlıq ortaya çıxır. 

Rus oliqarxlarının yunan hissəsindəki pullarını nəzərə aldıqda ortaya normal bir cavab çıxır. İndi Suriya üçün ortaqlıq planı qurularkən MKİ-nin əməliyyatını İstanbulda gördük.

Rusiya ilə İngiltərə hər nə qədər yaxın olmaq istəsə də, artıq bu, o qədər də asan deyil. Çünki İngiltərədə müxaliflər Kraliçanın qoruduğu Le Mejurierin ölümündə rus gizli servisi olan Federal Təhlükəsizlik Xidmətini ititham edir. Hətta MKİ tərəfindən dünən Kraliçaya göndərilən şəkillərdə görünür ki, İstanbulun Karaköy ərazisində bir kafedə kofe içən Le Mejurierin arxasında iki rus casusu var. O adamlar Mİ6 və MKİ-nin ortaq istifadə etdiyi üz tanıma proqramında rus casusu kimi görünür. Rus casusları o kafeyə bir dəvətlə getmişdilər.

Bəlkə də, Le Mejurieri o kafeyə çağıran MKİ rus casuslarını da qonaq edirdi. Yəni bir mənzərə dizayn edilirdi. Kraliçaya qədər göndəriləcək bir şəkil.

Əlbəttə ki, bu cinayət də intihar adı ilə bağlanacaq. Heç kim çıxıb “öldürüldü” deməyəcək. Qayda belədir. Bundan sonrası isə İngiltərə ilə Rusiyanın atacağı addımlardan asılıdır. Mərkəz də İstanbul olmağa davam edəcək. 

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar