Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zeynəb Xanlarova niyə Milli Məclisin iclaslarına qatılmır? - Səbəb

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev məsəsləyə aydınlıq gətirib...

“Son illərdə parlamentin iclaslarına davamlı olaraq qatılmayan deputat yoxdur. Hər bir deputat iclaslara qatılır”.

PİA.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.

Komissiya sədri bildirib ki, Milli Məclisin deputatları parlamentin iclaslarına davamlı gəlməsələr, bununla bağlı İntizam Komissiyası ölçü götürür: “Elə deputatlarımız var ki, beynəlxalq təşkilatların üzvləridirlər. Məsələn, məni götürək. Beynəlxalq Olimpiya Komitəsinin üzvüyəm. Hazırda komitənin iclası keçirilir və mən də iclaslara qatılmaq üçün Yunanıstanın Olimpiya şəhərindəyəm. Bu iclas 4 ildən bir keçirilir. Deputatların bir çoxu üzrlü səbəblərə görə parlamentin iclasılarına qatıla bilmirlər. Yoxsa hansısa deputatın evdə oturub iclaslara qatılmaması deyilən bir şey yoxdur”.

Ağacan Abıyev Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın parlamentin komitə və plenar iclaslarına qatılmamasına da aydınlıq gətirib: “Zeynəb Xanlarova plenar iclaslara qatılır. Hansısa iclasa qatılmırsa, bu da sağlamlığına görə olur. Təbii ki, sağlamlıq məsələlərində kiməsə töhmət verilmir. Bu məsələlər qanunla tənzimlənir”.

Qeyd edək ki, Zeynəb Xanlarova parlamentin dünən keçirilən plenar iclasına da qatılmayıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar