Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin evini təmir etdirir - Video

Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən bağ evi təmir olunur...

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən təmir-bərpa işlərinə artıq bir müddətdir start verilib.

Hazırda davam edən təmir işləri zamanı istilik və elektrik xətləri çəkilir, evin daxili divarlarının üzlüyü, fasadı və dam örtüyü bərpa olunur.

Təmir-bərpa işləri ilə bina heç bir dəyişiklik aparılmadan əvvəlki görünüşünə qaytarılacaq.

Evdə aparılan təmir işlərinin 2020-ci ilin birinci rübündə yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, 1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi Hacı Zeynalabdin Tağıyevin xüsusi dəyər verdiyi mülklərindən biri olub. Belə ki, 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb və ona yaşamaq üçün yalnız bir mülk seçmək imkanı verilib. O isə məhz Mərdəkandakı bağ evini seçib. Uzun illər burada yaşayan milyonçu 1924-cü il sentyabrın 1-də elə bu evdə də vəfat edib. Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra həmin ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar