Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsəd: "Suriya neft oğurluğuna görə ABŞ-dan kompensasiya tələb edəcək"

Suriya BMT qarşısında neftinin oğurlanması məsələsini qaldıracaq və ABŞ-dan kompensasiya tələb edəcək...

Bu barədə Suriya prezidenti Bəşər Əsəd Rusiyanın “Rossiya 24” telekanalına müsahibəsində bildirib.

“Əlbəttə ki, siz, mən, bir çoxu gözəl anlayır ki, BMT, əslində, mövcud deyil, belə ki, beynəlxalq hüquq anlayışının özü bu gün yoxa çıxıb. Biz bu gün meşəni xatırladan bir dünyada yaşayırıq. Dünyada yaranmış vəziyyət İkinci Dünya müharibəsi ərəfəsini xatırladır. Eyni vəziyyət yaranıb. Buna baxmayaraq, biz öz şikayətimizi edəcəyik, lakin öncədən bilirik ki, müraciətimiz rəfdə qalaraq, kiflənəcək”, - deyə Suriya lideri vurğulayıb.

Qeyd edək ki, bu gün Suriyanın neft istehsalının 90 faizi Fərat çayının şərq sahilinin payına düşür. Bu ərazi bir qədər əvvəl İŞİD terrorçularının əlində idi, hazırda isə ABŞ və müttəfiqlərinin nəzarətindədir.

Pentaqonun rəsmi nümayəndəsi Ret Hofman bildirib ki, Suriya neftindən əldə edilən gəlir Suriya Demokratik Qüvvələrinə - kürd silahlılarına verilir. Pentaqon başçısı Mark Esper isə qeyd edib ki, ABŞ Suriya neftini mühafizə edir və neft yataqlarının işğalına imkan verməyəcək.

Rəsmi Dəməşq ölkənin şimal-şərqində mövcud olan muxtariyyətini tanımır və Suriya Demokratik Qüvvələrinin legitimliyini qəbul etmir, Dəməşq bəyan edir ki, ABŞ-ın bu ərazilərdə fəaliyyətinin bir adı var - neft oğurluğu.

Moskva da dəfələrlə bəyan edib ki, Vaşinqtonun hərəkətləri münaqişəni nizamlamağa imkan yaratmır və əlavə gərginliyə səbəb olur. Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, Birləşmiş Ştatlar Fəratın şərqindəki vilayəti Suriyadan qopartmağa və orada kvazidövlət qurmağa çalışır.(apa)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar