Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Amazon 10 milyard dollarlıq kontraktın Microsoft-a verilməsinə etiraz edir

Amazon onlayn satış şirkəti Pentaqonun 10 milyard dollarlıq “bulud hesablaması” kontraktını Microsoft şirkətinə verilməsinə etiraz edib, bu qərarın “aydın qərəz”ə söykəndiyini bildirib...

“Hökumətimiz və onun seçilmiş liderlərinin təchizat kontraktlarına obyektiv, siyasi təsirdən azad şəkildə yanaşması ölkəmiz üçün vacibdir”, – Amazon Veb Xidmətlərinin sözçüsü noyabrın 14-də deyib.

Amazon bu kontrakt müsabiqəsində öncül sayılırdı, ancaq Microsoft qalib elan olunub.

Prezidenti Donald Tramp isə 10-illik layihə müsabiqəsinə Amazonun da qatılmasını tənqid edib. Layihə Müdafiə İnfrastrukturu Birgə Müəssisəsi proqramı adlanır.

Tramp dəfələrlə Amazon və təsisçisi Ceff Bezosu tənqid edib. Bezos prezidenti vaxtaşırı tənqid edən “The Washington Post” qəzetinin də sahibidir.

Sözügedən layihənin məqsədi ordunun bulud hesablaması sistemini transformasiya etmək, modernləşdirməkdir.

Ordunun böyük hissəsi 1980-1990-cı illərə aid kompüter sistemləri işlədir. Pentaqon bu sistemlərin bir-birilə əlaqəsini qurmağa milyardlarla dollar xərcləyib. (azadliq.org)

pia.az


Etiket: Amazon


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar