Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir “dərman əməliyyatı”

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman preparatının ölkəyə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar...

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Opel Vectra” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin yoxlanması zamanı yük yerində 48 ədəd üzərində “Ovitrelle 250 mcg/05 ML”, 1456 ədəd “Paxıl 20 mg”, 600 ədəd “Biosteron Dhea 25 mg”, 1344 ədəd “Nexium 20 mg”, 1470 ədəd “Nexium 40 mg”, 2016 ədəd “Estrofem 2mg”, 3000 ədəd “Roaccutane 20 mg”, 1530 ədəd “Roaccutane 10 mg”, 2000 ədəd “Anti-fosfat cc 500 mg”, 990 ədəd “Progestan 200 mg”, 1600 ədəd “Anti-asidoz 500 mg”, 112 ampula “Devit-3300000 I. U/ ml”, 2800 kapsul üzərində “Hydrea 500 mg” yazılan dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar