Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qadına ana olduğuna görə maaş verilməlidir”

Deputatdan maraqlı təklif...

PİA.az Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin "Oxu.Az"a verdiyi müsahibəni təqdim edir:

Araz müəllim, Milli Məclisin iclaslarında üç gün dalbadal 2020-ci ilin dövlət büdcə layihəsi müzakirə edildi. Növbəti ilin büdcə proqnozlarını necə dəyərləndirirsiniz?

- Çox yaxşı büdcə layihəsi hazırlanıb. Bu büdcə ilə çox şeyə nail olmaq olar. Həm iqtisadiyyat inkişaf edər, həm də sosial xərclər artırıldığına görə insanlara daha rahat olar.

- Parlamentin iclaslarında büdcə müzakirələri zamanı sizin hər hansı təkliflə çıxış etdiyinizi görmədik. Səbəbi nə idi?

- Mən çalışıram ki, plenar iclaslarda danışmayım. Çünki komitə iclaslarında danışıram. Komitə iclaslarında mübahisə etmək olur, əks fikrə müdaxilə etmək imkanları yaranır. Plenar iclaslarda isə çıxış etdin, vəssalam, qurtardı getdi!

- Gələn ilin büdcə layihəsində heç narazı qaldığınız və ya sizə qaranlıq qalan məqam yoxdur?

- Hər şey yaxşıdır. Sadəcə, komitələrin iclasında təkliflərlə çıxış etmişdim. Amma onlar qəbul olunmadı.

- Təklifləriniz nədən ibarət idi?

- Hesab edirəm ki, analıq peşə olmalıdır. Qadına ana olduğuna görə maaş verilməlidir. Ana əlinə zənbil alıb gedib küçələrdə meyvə-tərəvəz satmamalıdır. Gedib evlərdə qulluqçu kimi işləməməlidir, uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Bundan başqa, təklifim o idi ki, dövlət ailədə olan tək övladı öz himayəsinə götürsün.

Digər təklifim isə ondan ibarət idi ki, əlilləri işə götürən sahibkarlar əlillərə verdiyi maaş həcmində vergidən azad olunsunlar.

- Araz müəllim, Milli Məclisdə “parta yoldaşınız” yoxdur.

- Bəli, elədir. 125 deputat idi, onlardan onsuz da biri tək oturmalı idi.

- Heç bundan narahat olursunuz?

Xeyr, əsla. Mən ora söhbət etməyə getmirəm ki!

pia.az


Etiket: Araz Əlizadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar