Gəncədə qətl hadisəsi törədilib
Trend-in məlumatına görə, hadisə şəhərin Cavadbəy Şıxlinski küçəsi 26, ev 1, mənzil 3-də baş verib.
Həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Y. Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.
M.Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
pia.az
Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627
Populyar xəbərlər
loading...