Şənbə, 07 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verildi

Rusiya hüquq-mühafizə orqanları terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı barəsində beynəlxalq axtarış elan edib

PİA.az APA-ya istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunub ki, terrorçuluğa yardım etməkdə təqsirli bilinən Şəki rayon sakini, 1983-cü il təvəllüdlü Zaur Quliyev barəsində dövlətlərarası axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda Z.Quliyevin saxlanılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar