Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biri “1,1 milyard manat azalacaq”, digəri isə “bundan söhbət gedə bilməz” deyir

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deputat həmkarı Tahir Kərimlinin hərbi xərclərin azalacağı ilə bağlı fikrinə münasibət bildirib

PİA.az xəbər verir ki, deputat Oxu.Az-a açıqlamasında deyib ki, əgər hərbi xərclərdə azalma nəzərdə tutulursa, o da Tahir Kərimli kimi buna etiraz edərdi.


T.Kərimli Milli Məclisin iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycanda 2023-cü ilə qədər hərbi xərclərin 1,1 milyard manat azalmasının proqnozlaşdırıldığını deyib və buna etiraz edib.

Millət vəkili E.Məmmədov isə düşünür ki, hərbi xərclərin azaldılmasından söhbət gedə bilməz.

“Biz müharibə vəziyyətində olan dövlətik. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Azərbaycan ordusunun ən yüksək səviyyədə silahlanması, hərbi-fiziki, mənəvi hazırlığının ən yüksək səviyyədə olması üçün həmişə müvafiq tədbirlər görülür. Bu gün Azərbaycanın qarşısında çox məsul, şərəfli vəzifə durur: düşməni işğal edilmiş torpaqlarımızdan çıxarmaq və ərazi bütövlüyümüzü təmin etmək”,-deyə E.Məmmədov bildirib.

Deputat qeyd edib ki, T.Kərimlinin dedikləri onun öz fikirləridir.

“Hər şey ölçülüb-biçilib. Azərbaycan ordusu bütün göstəricilərə görə, dünya miqyasında 50 ən güclü ordu siyahısındadır. Gələcəkdə bundan da yüksək sıralarda dayanacaq. Ordumuz ən müasir silahlarla silahlanır və silahlanmalıdır da”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar