Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

74 yaşı var, yenə deputat olmaq istəyir

“Parlamentə təcrübəli adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar. Xalqın, seçicinin iradəsinə müdaxilə ola bilməz”...

PİA.az xəbər verir ki, bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) və son üç çağırış Milli Məclisin (MM) üzvü olan 74 yaşlı millət vəkili, Tibb Universitetinin (ATU) prorektoru Rafiq Məmmədhəsənov son kadr təyinatları ilə bağlı bəzi media orqanlarında və sosial şəbəklərdə 60-70 yaşlardan yuxarı olan deputatların da hədəf seçilməsinə, kəskin etirazlara məruz qalmasına münasibətini bildirərkən deyib. O daha sonra deyib:

“Yaşlılıq məsələsinə gəlincə, qeyd etməliyəm ki, əgər insanın əqli yerindədirsə, əmək qabiliyyəti varsa, fiziki imkanları çatırsa, niyə də seçilməsin ki?! Bəli, deputatlıqla bağlı aşağı yaş həddi var-18 yaş, amma yuxarı yaş həddi-məhdudiyyəti yoxdur. Bu, özü də təkcə bizdə deyil, dünyanın hər bir yerində belədir.

Deputatlarla bağlı yaş məhdudiyyəti, qadağası yoxdur. Əgər təcrübəlidir, savadlıdır, əqli-fiziki imkanları yerindədir, daha yaxşı, qoy seçilsin də?!

Keçmiş-qədim dövrlərdə Yunanıstanda parlamentə deputatlar 70 yaşdan yuxarı olan seçilirdilər. Yaşlı insanlara üstünlük verilirdi. Məqsəd də o idi ki, seçilmiş insanlar müdrik insanlar olsunlar, ağıllı qərarlar vermək gücündə, qabiliyyətində olsunlar”.

“Eyni zamanda, məsələn, el arasında-iki qonşu arasında dava düşür, onları barışdırmaq üçün cavan adamı aparırlar, yoxsa ağsaqqal insanı? Hər zaman məhz ağsaqqalı aparırlar-ona üstünlük verirlər.

Çünki ağsaqqallar müdrikdirlər, həyat təcrübələri, geniş dünyagörüşləri var, nüfuzları çoxdur, məsələni tez həll edə-yoluna qoya bilirlər. Bu baxımdan, parlamentə də təcrübəli,müdrik adamlar seçilməlidirlər. Xalqın rifahı naminə qərarlar, qanunlar hazırlaya, qəbul edə bilən insanlar parlamentdə olmalıdırlar.

Burada yaşlı-cavan söhbəti olmamılıdır, burada daha çox qabiliyyət, təcrübə, dünyagörüşü, müdriklik söhbəti olmalıdır. Elə ona görə də, bilərəkdən deputatlıqla bağlı yuxarı yaş həddi və neçə dəfə seçilə bilməklə əlaqədar məhdudiyyət qoyulmayıb.

Kim xalqın, seçicinin etimadını doğruldursa, əqli-fiziki imkanları yerindədirsə, yenidən niyə namizəd olmasın və yenidən niyə deputat seçilməsin?!

Mənim mövqeyim budur və seçim xalqındır…”- deyə, millət vəkili bildirib.

“Növbəti-4-cü dəfə deputatlığa namizəd olmaq istərdinizmi” sualına çavabında isə R. Məmmədhəsənov “Partiya məsləhət görərsə, namizədliyim irəli sürüləcək, məsləhət bilməsə, yox. Bunu da indidən demək olmaz. Çünki hələ seçkilərə vaxt var”,- deyə Rafiq Məmmədhəsənov vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar