Cümə, 06 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Milan” Türkiyə yığmasının futbolçusu üçün 30 milyon avro ödəmək istəyir

Türkiyə millisinin futbolçusu Merih Demiral klubunu dəyişə bilər

Apasport.az saytının məlumatına görə, İtaliyanın “Milan” klubu “Yuventus”un 21 yaşlı futbolçusunu transfer etmək istəyir.

Bu keçidi yayda reallaşdıra bilməyən Milanın eyniadlı təmsilçisi yanvarda yenidən Turin klubuna rəsmi təklif göndərəcək. Yaxşı günlərini yaşamayan komanda heyətini M.Demiralla gücləndirmək üçün “Yuventus”a 30 milyon avro verməyə hazırdır.

Lakin belə böyük məbləğin ödənməsi üçün “Milan” iki oyunçusunun satışını gerçəkləşdirməlidir. Əgər yarımmüdafiəçi Frank Kessie və müdafiəçi Rikardo Rodrigesintransferi mümkün olsa, türkiyəli üçün 30 milyon avro ödəniləcək.

Qeyd edək ki, “Yuventus” M.Demiralın əvəzinə digər müdafiəçi Daniele Ruqanini vermək istəsə də, milanlılar bununla razılaşmayıblar.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Merih Demiral

loading...

Ən çox oxunanalar