Bazar ertəsi, 09 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Kapitalizmə nə olur? - Tarixin ən böyük proletariat dönəmi başlayıb...

1900-dan 2015-ə qədər fəhlələşdirilən əhali 3,5 milyarddır. Yəni kapitalizm tarixi içində 115 illik imperializm dövründə işçiyə çevrilən əhalinin əsrlər boyu fəhlələşdirilən əhalidən 50 dəfə çoxdur...

Ferda Koç

“Sendika63.org” qəzeti, Türkiyə 14 noyabr 2019-cu il

Aydın şəkildə görünür ki, artıq müstəmləkəçilikdən xilas olmağın yolu kapitalizmdən xilas olmaq deməkdir. Yəni müstəmləkəçilik inqilabı ilə kapitalist inqilabın eyniləşdiyi bir dünyaya gəlib çıxmışıq?

Proletariatın sonuna birdən-birə gəlib çıxmadıq və yaxud da insanların məhsul istehsal etməsindən, məhsulların insanları istehsal etməsinə birdən-birə keçid etmədik. Bu gün maddi və real şərtlərini ifadə edən anlayışlar da yeni deyil.

Düşünürəm ki, bu günün kapitalizmi Marksın dediyi “böyük hadisə”nin, yəni proletariat prosesinin tamamlanmış halıdır. Dünya əhalisinin proletariatlaşma prosesinin tamamlanması heç bir halda kapitalizm tarixinin bəsit bir hadisəsi hesab oluna bilməz. Çünki kapitalizm əvvəlki kimi davamedici olmaqdan çıxaran bu proses sərmayənin inkişafını yeni bir mərhələyə salan bir kapitalizm çağını, yəni imperializm dövrünü başladacaq və daha böyük nəticələr meydana çıxacaq.

Bu son proletariat hərəkatı, eyni zamanda, sərmayənin bu günkü hegemoniya daxilində təşkilatlandığı bir proses kimi baş verdi. Çünki sərmayənin bu günkü siyasi, ideoloji vasitələri dünyanın hər yerinə yayılan bu proletariat dalğasını ortaya çıxarmaq və idarə etmək üçün yaradılan mexanizmlərin davamıdır. Ona görə də, son proletariatlaşma prosesi burjua cəmiyyətinin bir davamı kimi düşünə biləcəyimiz yeni ictimai münasibətlərin qurulması prosesidir və onu qavramağımız üçün önəmli bir detal yaradır.

Nəyin içində yaşadığımızı başa düşmək üçün dünya tarixinin ən böyük proletariat prosesinin hansı baxımdan “ən böyük” adı qazandığını başa düşmək lazımdır.

Hər şeydən əvvəl bu proses kəmiyyət baxımından dünya tarixinin ən böyük proletariatlaşma dalğasıdır. İngiltərədə təxminən 16-19-cı əsrlər arasındakı 300 ildə baş verən və İngiltərəni dünyanın ən inkişaf etmiş kapitalist ölkəsinə çevirən proletariat əhalisinə nəzər salaq. Ümumi nüfuzu 17 milyon olaraq göstərilən 1851-ci il hesabatına görə, 10 milyon fəhlədən 3 milyonu proletariatdır. 20-ci əsrin əvvəllərində “Avropa prosesi” olan fəhlələşmə prosesində ən böyük fəhlə hərəkatının baş verdiyi ölkələrdə - İngiltərə, İsveçrə, Belçika və Fransada proletariatlaşma nisbəti işçilər arasında 40%-dən bir az çox idi. Yəni kapitalizm 16-cı əsrdən 20-ci əsrə qədər 400 milyonluq Avropa əhalisinin təxminən 50 milyonunu fəhlə edə bildi. 80 milyonluq Şimali Amerikada isə bu rəqəm 1900-cü ildən etibarən təxminən 10 milyondur. 16-cı əsrdən 20-ci əsrə qədər sərmayənin fəhləyə çevirdiyi və mülksüzləşdirdiyi insan sayı təxminən 60-70 milyondur. 1900-dan 2015-ə qədər fəhlələşdirilən əhali 3,5 milyarddır. Yəni kapitalizm tarixi içində 115 illik imperializm dövründə işçiyə çevrilən əhalinin əsrlər boyu fəhlələşdirilən əhalidən 50 dəfə çoxdur. 1980-2015-ci illər arasında fəhləyə çevrilən əhalinin isə təxminən 2 milyarddır. İmperializmə keçərək böyük bir sıçrayış edən proletariat hərəkatı son 35 ildə daha da inkişaf edib. Sərmayənin proletariatlaşma prosesinə 20-ci əsrin son rübündə qazandığı bu böyük sürət ciddi problem yaradacaq.

“Proletariatlaşma prosesi” bir anda baş vermir və mülksüzləşdirmək, boyun əydirmək, əmək gücünü satmağa məcbur etmək kimi halları özündə daşıyır. Proletariatlaşma prosesinin idarəsi burjuaziyanın siyasi-ictimai iqtidarını formalaşdırır. Proletariatlaşma prosesinin bu yönünü burjuaziyanın diktatorluğunu və hegemoniyasını konkret olaraq formalaşdıran həbsxanaların, psixiatriya xəstəxanalarının, ailə hüququnun, polisin, sosial yardım təşkilatlarının bir-birini tamamlayan funksiyalarla işə qoşularaq idarə edildiyi Avropa proletariatlaşma prosesindən tanıyırıq. 19-cu əsrin Avropasında təkcə 50 milyon insanı fəhləyə çevirmək üçün təkmilləşdirilən zorakılıq qurumları, ideoloji təhkimçilik vasitələri və iqtidar oyunları cəmiyyətlərə damğa vuran dönəmlər olaraq xüsusi bir məna qazandılar. İngili burjuaziyasının “Viktoriya dönəmi” adlanan və yarım əsrdən çox modernləşmə dönəmində idarə etdiyi proletariatlaşma prosesi 1900-cü ilə gəldikdə 30 milyonluq əhalisi olan İngiltərədəki 5-6 milyonluq əhalini əhatə edirdi. Bundan qat-qat artıq saya malik olan Braziliya, Meksika, Cənubi Koreya və Türkiyənin 1980-ci ildən sonrakı proletariatlaşma proseslərində imperializmin və oliqarxların daha az özəl idarəçilik strategiyalarına ehtiyac duyduqlarını düşünmək olarmı? Daha əvvəl fəhlə olmayan milyonlarla insanı (məsələn, Türkiyə üçün bu rəqəm 1980-2015-ci illərdə təxminən 13 milyon idi) fəhləyə çevirmək və nəzarətdə saxlamaq üçün burjuaziyanın tətbiq etdiyi strategiyaların yaratdığı təsdiq mexanizmlərinin imperializmin və oliqarxların həmişəki təhkimçilik rejimləri kimi qalması gözlənilə bilərmi?

Proletariatlaşma prosesinin təcrübələri üzərində formalaşan ictimaiyyətlərdə siyasi geriçiliyin və faşizmin qazandığı geniş təsir sahələrini və sosializmin itirdiyi qüvvəni “SSRİ-nin ifşa olması və sosializmin inandırıcılığını itirməsi” vasitəsilə qavramaq əvəzinə, proletariat idarəçiliyinin burjua siyasətlərinə qarşı işçi sinfinin olduğu yerdən alternativlərin yaradılmasındakı praktiki və nəzəri çatışmazlıqlar, xətalı yanaşmalar vasitəsilə başa düşməyə çalışmağımız və sosialist hərəkatın bu günkü mənfi vəziyyətini bu “təhkimçilikdəki problemin cəbhəyə dözərək əks etdirilməsi” baxımından dəyərləndirməli deyilikmi?

Son fəhlələşmə dalğasının proletariatlaşdırdığ­ı kütlə təkcə böyüklüyünə görə yox, həm də yayıldığı ərazi baxımından önəmlidir. 1980-dən 2015-ə qədər uzanan prosesdə inkişaf etmiş kapitalist ölkələrin illik iş imkanlarının artım nisbəti təxminən 0,2% olarkən, Cənubi Asiya, Mərkəzi və Cənubi Amerika, Yaxın Şərq və Şimali Afrikada bu göstərici 3%-ə çatırdı. Yəni son 35 ildə fəhləyə çevrilən əhali müstəmləkəçi dünyanın əhalisidir. İmperialist müstəmləkəçiliyin 19-cu əsrin sonundan 1945-ə qədər lider olan klassik üsulları müstəmləkəçi ölkələrin iqtisadi strukturunun dağılmasına yol açırdı. 

Müstəmləkəçilik əhalinin azalmasına səbəb olan aclıqdan və epidemiyalardan xəbər verirdi. Yeni müstəmləkəçilik imperialist müstəmləkəçiliyin lider qoluna çevrildikdən sonra bu durum qismən dəyişdi və müstəmləkəçi kapitalizmi səhnəyə çıxdı. Yeni müstəmləkələrə məxsus kapitalizmin inkişafının ilk mərhələsi əhalinin məhdud bir qrupunun (patriarxal əsaslarını qoruyaraq) proletariatlaşmasını­ hədələyirdi. Lakin neo-liberal müstəmləkəçilik siyasətləri ilə birlikdə yeni müstəmləkələrdə əhali yaşayış vasitələrindən qoparıldı və siyasi-ictimai şiddətdən bəslənən nizam-intizamla işçiyə çevrildilər. Sərmayə təkcə bununla da kifayətlənmədi: bəzi ölkələrdə və bölgələrdə yaradılan vətəndaş müharibəsi, işğallar və soyqırımla birlikdə böyük qruplar qaçqına çevrilərək digər müstəmləkələrdəki işçiləşdirmə prosesinə əlavə edildi. 

Sərmayəyə əsaslanan istehsalın və işçiləşdirmənin yeni müstəmləkə cəmiyyətlərində bu qədər böyüməsi imperialist müstəmləkəçiliklq kapitalist “inkişaf” arasında ciddi bağ əmələ gətirdi. Proletariatlaşma və müstəmləkəçilik arasındakı bu əlaqənin müstəmləkəçi ölkələrdə yaratdığı “inkişaf”ın əslində bir inkişaf, yoxsa dağıntı olduğunu müzakirə etsək, qarşımıza çıxan mənzərə daha çox dağıntı olar. Bu nəticəyə gəlmək üçün bundan 40 il əvvəl yeni müstəmləkə olan Braziliya, Meksika, Cənubi Koreya və Türkiyənin zaman içərisindəki yerlərinin xatırlanması kifayətdir.

Ona görə də, müstəmləkəçi dağıntının kapitalist forması ilə üz-üzə olduğumuzu deyə bilərik. Görünür, müstəmləkəçilikdən xilas olmağın, kapitalizmdən xilas olmaqla eyniləşdiyi bir nöqtəyə gəlib çıxmışıq. Bəs müstəmləkəçilikdən xilas olmağın sosialist proqramını və strategiyasını milli qurtuluş, milli demokratik inqilab, milli demokratik xalq inqilabı proqramlarından ayıran xüsusiyyətlər hansılardır?

Müstəmləkəçi inqilabla kapitalist inqilabın eyniləşdiyi bir dünyada mı yaşayırıq?

Dünya tarixinin ən böyük proletariatlaşma prosesi geridə qaldı, amma qarşımıza qoyduğu problemləri düz-əməlli müzakirə belə edə bilmirik...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar