Şənbə, 07 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

AVRO-2020: Azərbaycan qələbə qazanmayan 9 yığmadan biridir

AVRO-2020-nin seçmə mərhələsinin başa çatmasına bir tur qalıb

Apasport.az saytının məlumatına görə, arxada qalan 9 turda yalnız 9 komanda qələbə qazana bilməyib.

Qitənin ən uğursuz yığmalarından biri də Azərbaycan millisidir. Nikola Yurçeviçin baş məşqçisi olduğu komanda E qrupunda 7 matç keçirsə də, qələbə nə olduğunu bilmir.

Avropanın 55 komandasından 46-sı isə qələbə sevinci yaşayıb. Həsrətdə olan komandalara isə yalnız iki – F və H qruplarından rast gəlmək olmaz.

Digər qrupların öz uğursuzları var. A qrupunda isə iki yığma qələbə nə olduğunu görməyib.

Bolqarıstan, Monteneqro (A), Litva (B), Estoniya (C), Cəbəllütariq (D), Azərbaycan (E) beş komandalı qruplarda uğursuz çıxış edir. Yəni bu yığmalar digərlərindən az oyun keçirib. Tsikli başa vuran Monteneqro və Litva 8, digərləri 7 matçda azarkeşlərini sevindirə bilməyiblər.

Digər üç yığma, həmçinin altı komandalı qruplarda 9 oyundur qələbə qazanmayanların son şansı qalıb. Latviya (G), San-Marino (İ), Lixtenşteyn (J) X turda siftəyə imza ata bilər.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: AVRO-2020

loading...

Ən çox oxunanalar