Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Enerji Məsələlərini Tənzimləmə Agentliyi: Qaz limiti ilə bağlı şikayətlər çox idi

Bu ilin yanvar-oktyabr aylarında Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 3 minə qədər şikayət daxil olub və onların əksəriyyətinə baxılıb...

Bu barədə Agentliyin İdarə Heyətinin sədri Samir Axundov bildirib.

Bununla belə, o bəzi şikayətlərin rəhbərlik etdiyi quruma aidiyyətinin olmadığını qeyd edub.

“Şikayətlərin 2 008-i elektrik enerjisi təchizatı, 853-ü təbii qaz təchizatı, 19-u istilik təchizatı, 82-i kadrlarla bağlı olub. 15 müraciətin isə bizə aiddiyyəti olmayıb. Bu müraciətləri kargüzarlıq qaydasında müvafiq qurumlara yönəltmişik.

10 ay ərzində daxil olmuş müracuətlərin 2 538-i icra edilib, 120-i icradadır, 291-i məlumat üçün daxil olub, 28-i isə müştərək icra olunur. Bizə qaz limiti ilə bağlı çox şikayətlər daxil olurdu. Biz də onları toplayıb nazirlik səviyyəsində dövlət başçısına çatdırdıq və prezident qaz limitini artırdı”, – deyə o, qeyd edib.

S.Axundov həmçinin istehlakçılara müraciət edib: “Əgər sizin enerji, qaz və istilik təchizatı ilə bağlı hər hansı çətinliyiniz varsa, xahiş edirik bizə müraciət edin, biz də bu məsələləri araşdırıb həll edək. Bəzən biz istehlakçının hüquqlarını qorumaq üçün məhkəmələrə də müraciət edirik”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar