Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərəh Pəhləvi Xameneyinin ittihamlarına cavab verir

İranın keçmiş şahbanusu Fərəh Pəhləvi Radio Farda-ya müsahibəsində ölkənin Ali dini lideri Əli Xameneyinin ittihamlarına cavab verib...

Xameneyi keçmiş şah ailəsini İranı bürümüş etirazlara görə ittiham edib.

Fərəh Pəhləvi noyabrın 17-də Radio Farda-ya müsahibəsində deyib ki, “hər şeydən öncə Xameneyi bu etirazların başlanma səbəbləri üzərində düşünməlidir”.

Xameneyi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvini və mühacirətdəki dissident qrupu olan Mücahidin Xalq Təşkilatını küçə etirazlarını qızışdırmaqda, islamçı isteblişmentə meydan oxumaqda suçlayıb.

“Onlar xalqı sosial media, digər vasitələrlə bu yanlışın baş verməsinə həvəsləndirir və təhrik edirlər”, – Xameneyi deyib.

Pəhləvi ailəsi etirazçıları dəstəkləyir

Bundan öncə Şahbanu Pəhləvi və onun oğlu, mühacirətdə olan keçmiş vəliəhd şahzadə Rza Pəhləvi tvitlərində etirazçıları dəstəkləyib.

Noyabrın 15-də İran hökumətinin benzin satışına kvota tətbiq etməsi, benzinin qiymətini qaldırmasından sonra 100-dək şəhərdə etirazların baş verdiyi bildirilir.

Şahbanu müsahibəsində İran xalqına müraciət edərək deyib ki, “digər iranlı vətənpərvərlər kimi sizin ədalətli və düzgün tələblərinizi dəstəkləyir, yanınızda dayanıram. İran xalqı bilməlidir ki, millətin qarşısında heç kim, heç nə dayana bilməz”.

Xanım Pəhləvi etirazlarda öldürülənlərin qohumlarına başsağlığı verib.

Son günlər Tehran, Təbriz, Məşhəd, Şiraz və digər şəhərlərdəki etirazlarda bəzi hallarda etirazçılar Pəhləvi sülaləsini dəstəkləyən şüarla səsləndiriblər, radio bildirir.

Rza Pəhləvi isə tvitlərində etirazçıların tələblərini dəstəkləyərək İslam Respublikasının İran xalqına yalnız yoxsulluq və əziyyət gətirdiyini yazıb.

1979-cu il inqilabı zamanı Ayətulla Ruhulla Xomeyni əhaliyə pulsuz elektrik, su və ictimai nəqliyyat vəd edir, monarxiyanın korrupsiyaya uğradığını, xalqı neft gəlirlərindən məhrum etdiyini deyirdi.

Rza Pəhləvi deyib ki, İslam Respublikası nefti pulsuz olaraq regiondakı müttəfiqlərinə verib. İran Suriya Prezidenti Bəşər Əsədi dəstəkləyir.

İran müxalifətinin xadimi kimi tanınan şahzadə iranlıları islam isteblişmentini devirməyə, yalnız öz gücünə arxalanmağa çağırıb.

“Mollalara qarşı üsyan”

“The Wall Street Journal” qəzeti pulu qurtaran İran rejiminin ölkə içindən və xaricdən etirazlarla üzləşdiyini yazır.

İranda rejimə qarşı son etirazlar böyük siyasi hadisəyə oxşayır. Rejimin güclü və zorakı reaksiyasını nəzərə alsaq, bu fikirlə razılaşdığını görərik. Birləşmiş Ştatlar və Avropa siyasi sol və sağ cəbhələrin İran xalqına dəstək naminə birləşməsinin məqamı çatıb”, – qəzetin redaksiya məqaləsində deyilir.

Qəzet 50 faiz bahalanmadan sonra bir litr benzinin qiymətinin cəmi 35 sentə yaxın olduğunu, ancaq bunun iranlıları xeyli qəzəbləndirdiyini vurğulayır. Axı, ölkə iqtisadiyyatı ABŞ-ın sanksiyalarının məngənəsində çabalamaqdadır.

“Tramp administrasiyasının sanksiyaları nəticəsində mollaların neft satışı və nağd pulu azalıb. Neft satışı rejimin əsas gəlir mənbəyidir”, – yazan qəzet son çaxnaşmaya elə mollaların özlərinin bais olduğunu qeyd edir.

“2015-ci ilin nüvə sazişindən əldə olunan pullar ölkəyə sərmayə qoyulmalıydı. Əvəzində isə onlar həmin resurslar hesabına inqilabı Yaxın Şərqə yaymağı seçdilər. Onlar pulları ballistik raketlərin hazırlanmasına, Yəməndə husilərin, Suriyada Hizbullahın, İraqda şiə yaraqlıların silahlanmasına axıtdılar”, – məqalədə deyilir və qeyd olunur ki, dünya iranlıların inqilab və terror yayan teokratiyaya deyil, normal ölkəyə çevirmək arzusunu dəstəkləməlidir.

İran rejimi 2009-cu ilin demokratik etirazlarına qanlı divan tutanda Barak Obama susqun davranmaqla tarixi səhvə yol verdi. Prezidenti Tramp eyni səhvi etməməlidir”, – qəzet vurğulayır. (azadliq.org)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar