Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu şəxslərin sürücülük hüququ əlindən alına bilər

Tibbi müayinə geri qayıdır?..

Türkiyədə dekabrın 1-dən etibarən bəzi sürücülərin testdən keçirilməsi məcburi olacaq. Kommersiya məqsədli, yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrini idarə edən sürücülər psixotexnologiya testindən keçiriləcəklər. Əks halda isə buna görə avtomobil sahibləri 855 türk lirəsi (255 AZN), sürücülər isə 283 TL (83 AZN) məbləğində cərimələnəcəklər. Belə bir qərarın qəbul edilməsində məqsəd baş verəcək qəzaların sayını azaltmaqdır.

Azərbaycanda da qəzaların il ərzində yüzlərlə can aldığı məlumdur. Bizdə də oxşar tədbirlər görülə bilərmi?

Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, sürücülər üçün mütləq şəkildə mütəmadi tibbi müayinə bərpa olunmalıdır:

“Bu məsələ də həmişə dəstəkləmişəm ki, sürücülərin psixoloji vəziyyətləri yoxlanılsın və sürücülərin tibbi müayinə məsələləri bərpa edilsin. Əvvəllər hər 10 ildən bir sürücülük vəsiqəsi dəyişiləndə tibbi arayış almalı idik. Təəssüf ki, Səhiyyə Nazirliyi onu formal struktura çevirmişdi. Bunun üçün 30-50 manat verərək, sağlamlıq haqqında arayış alırdılar. Sonra bunu ləğv etdilər. İndi isə 18 yaşda sürücülük vəsiqəsi alanda, bir də 60 yaşdan sonra tibbi müayinə tələb olunur. Ola bilməz ki, insan ömrünün 40 ilində hər hansı bir xəstəlik - psixoloji, ürək-damar xəstəlikləri, şəkər xəstəliyi və s. keçirməsin".

Səhhətində problem olan xeyli insanın sükan araxasında əyləşdiyini xatırladan ekspert bu səbəblə baş verən qəzaların azaldılması üçün atıla biləcək addımlardan da bəhs edib:

"Biir müddət öncə Xaçmazda sükan arxasında bir sürücü infakt keçirərək, ölüb. Həmçinin qəza da törədib. Hazırda yollarımızda da ağır xəstəliyi olan sürücülər də var. Onlara da heç kim heç nə demir. Çünki qanunla icazə verilib. Bu məsələnin bir tərəfidir. Digər tərəfi isə psixoloji vəziyyəti gərgin olan o qədər sürücü var ki. Məsələn bir-birilərini ötmək istəyən, bir-birini döyən süücülər və s. Mən bu yaxınlarda bir hadisənin şahidi oldum ki, insan bir ayağını itirib. Lakin mexaniki ötürücü qutusu olan avtomobil idarə edir. Hətta narkotik aludəçisidir. Bir müddət sonra o normal şəkildə Asan Xidmətə müraciət edib, sürücülük vəsiqəsi alacaq. Ona görə tibbi müayinə mütləq tətbiq olunmalıdır. Lakin kriteriyalar dəqiq müəyyənləşməlidir. Yəni orda görmə qabiliyyəti, eşitmə qabiliyyəti, qan analizi və s. yoxlanılır. Amma mən düşünürəm ki, orda mütləq psixoloq otağı da olmalıdır. Psixoloqun mənfi rəy verdiyi sürücülərə də sürücülük vəsiqəsi sınaq müddətinə verilməlidir. Yəni həmin şəxs hardasa gərginlik və ya qəza törədərsə, onun sürücülük hüququ bərpa edilməməlidir".

Ekspert tibbi müayinənin gələcəkdə bərpa ediləcəyini istisna etməyib:

"Bununla bağlı Bakı Dövlət Yol Polisi idarəsi də artıq neçə illərdir ki, müraciətlər edir ki, tibbi müayinə bərpa edilməlidir. Çünki, DYP-nin səlahiyyəti yoxdur ki, hansısa sürücünü müayinədən keçirsin. Ola bilər ki, indi sağlam, amma 3 ay sonra xəstəlik keçirib, sürücülüyə yararsız olaq. Ona görə də son zamanlar sükan arxasında ölənlərin sayı artıb. Artıq il ərzində 30-40 belə bir fakt qeydə alınıb”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar