Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT-nin Əhali Fondu: Dünya əhalisi sürətlə qocalır

Bakı Kitab Mərkəzində keçirilən tədbir cəmiyyətdə fəal yaşlanma və ahılların fəal iştirakçılığı ideyasının təbliğinə həsr olunub...

BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində layihənin komponentlərindən olan “Ahılların fəal iştirakını təşviq edən məlumatlandırma kampaniyası”na başlanması ilə əlaqədar tədbir keçirilib.

Bakı Kitab Mərkəzində keçirilən tədbir cəmiyyətdə fəal yaşlanma və ahılların fəal iştirakçılığı ideyasının təbliğinə həsr olunub.

Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev bildirib ki, dünya əhalisi sürətlə artmaqla yanaşı, həm də sürətlə qocalır: "Statistik rəqəmlər göstərir ki, dünyada hər doqquz nəfərdən biri 60 və daha yuxarı yaşdadır. Bu göstəricinin 2050-ci ilə qədər artaraq, hər beş nəfərdən birinə şamil ediləcəyi proqnozlaşdırılır. Əhalinin yaşlanması artıq yalnız inkişaf etmiş ölkələrdə baş verən fenomen deyil. Sürətli yaşlanma templəri bu gün inkişaf etməkdə olan ölkələrdə də müşahidə edilir". F.Babayev bildirib ki, Azərbaycan əhalisi nisbətən cavan yaş strukturuna malikdir: "Amma buna baxmayaraq, əhalinin yaşlanması fenomeni getdikcə özünü daha çox büruzə verir. Yaşlı insanlar əksər hallarda artıq iqtisadiyyata töhfə verməyən yük kimi qəbul edilir. Əslində isə yaşlı insanlar Azərbaycan da daxil olmaqla dünyanın hər bir yerində ailələr, icmalar və cəmiyyət üçün olduqca böyük töhfələr verirlər”.

F. Babayev qeyd edib ki, layihə yaşlıların rifah halının yaxşılaşdırılmasına töhfə verməklə hökumətin “fəal yaşlanma” prosesinin təşviqi istiqamətində göstərdiyi səylərə dəstək vermək məqsədini daşıyır: "Buna nail olmaq üçün daha keyfiyyətli məlumatların hazırlanması, yaşlanma məsələsinə dair ictimai məlumatlılığın artırılması və müştərək yanaşmaya əsaslanan sosial xidmətlər vasitəsilə yaşlıların daha sağlam və müstəqil həyat sürmək imkanının dəstəklənməsinə yönələn müvafiq tədbirlərin pilot qaydada sınaqdan keçirilməsi üzrə bir sıra fəaliyyətlər həyata keçiriləcək".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, layihənin əsas məqsədi ahılların və yaşlıların cəmiyyətə daha fəal inteqrasiyası, onların layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsinə dəstək verilməsidir: "Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas istiqamətlərindən biri də yaşlı insanlara, ahıl vətəndaşlara dövlət qayğısının ildən-ilə artırılmasıdır. Ötən dövrdə aparılan işlər nəticəsində yaşlı, ahıl insanlar etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar".

Sonda pensiyaçıların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Qeyd edək ki, BMT-nin Əhali Fondu 2019-cu ilin iyul ayından etibarən Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin nazirliyin tabeliyindəki DOST Agentliyi, Dövlət Statistika Komitəsi, ASAN ilə sıx əməkdaşlıq çərçivəsində “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı layihənin icrasına başlayıb. Fəal yaşlanmanın təşviqi məqsədilə təbliğat, ənənəvi və müasir kommunikasiya üsulları vasitəsilə ictimai maarifləndirmə səviyyəsinin artırılması layihənin əsas istiqamətlərindən biridir. Maarifləndirmə və təşviqat proqramı çərçivəsində Bakı və Mingəçevir şəhərlərində, Bərdə, LənkəranXaçmaz rayonlarında əhalinin yaşlı təbəqələri ilə mütəmadi məlumatlandırma görüşlərinin keçirilməsi nəzərdə tutulur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar