Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya hökuməti Rusiyaya dair kəşfiyyat hesabatını gizlətdi

Londonda siyasi qalmaqal...

Dauninq strit tərəfindən bloklanan parlament hesabatında iddia edilir ki, Rusiyanın müdaxiləsi “Brexit” referendumuna təsir göstərə bilər, lakin onun təsirini “ölçmək mümkün deyil”. Bu barədə “The Times” nəşri məlumat verir.

Partiyalararası Kəşfiyyat və Təhlükəsizlik Komitəsi tərəfindən tərtib edilən, Rusiyanın Böyük Britaniyadakı qanunsuz fəaliyyətinə həsr edilən hesabat bu fəaliyyətin 2016-cı ildə səsvermənin nəticələrinə təsir göstərib-göstərmədiyinə cavab verə bilməyib.

Kölgə kabinetinin xarici işlər naziri Emili Tornberri bildirib ki, bu informasiya gələn ay keçirilməsi nəzərdə tutulan ümumi seçkilərdə təhlükəsizlik zəmanəti ilə bağlı “ciddi narahatlığa” səbəb olub.

“Təhlükəsizlik qüvvələrimizin rus müdaxiləsinin 2016-cı il seçkilərinə təsiri ilə əlaqədar yekun nəticəyə gələ bilmədiyi doğrudur, onda cavab tələb edən ciddi suallar meydana çıxır, – deyə Tornberri qeyd edib.

“Dolayısıyla, Boris Conson (Boris Johnson) Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin hesabatı ilə əlaqədar anlaşılmazlığa, narahatlığa və əsassız söz-söhbətə son qoymalı, ilk fürsətdəcə hesabatın tam mətnini ictimaiyyətin diqqətinə çatdırmalıdır. Əgər eləməsə, insanlar haqlı olaraq belə düşünməyə başlayacaq: baş nazir Britaniya ictimaiyyətindən nə saxlamağa çalışır və bunu niyə edir?”

“(…) Hesabatda AB-ə qarşı məqalələr yer alıb. Həmin materiallar referendum kampaniyası ərəfəsində Kremlin dəstəklədiyi “RT” və “Sputnik” kimi KİV-lər tərəfindən yayımlanıb. Ötən il sosial şəbəkələrin Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman Komitəsinə təqdim edilən analizi göstərib ki, “Brexit” səsverməsinədək rus saytları tərəfindən dərc edilən məqalələr rəsmi dəstək kampaniyasından dörd dəfə təsirli olub. Referenduma altı ay qalmış “RT” və “Sputnik”-in yayımladığı 260-dan çox məqalə “Twitter”-də o qədər “repost” edilib ki, bəlkə də, 134 milyondan çox baxış sayı əldə edib (…)”.

“Hökumətin hesabatı ictimailəşdirmək istəməməsi Britaniyanın kəşfiyyat xidmətinə böyük zərbə endirib. Çünki bu addım bizim nəsə əhəmiyyətli bir məsələni gizlətməyə çalışdığımızı göstərir”, – sənədi görən, ya da onun detallarından xəbərdar olan kəşfiyyat xidmətinin əməkdaşları bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar