Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əlibəylidən arvadı tərəfindən döyülməsi xəbərinə reaksiya

Tanınmış teleaparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb...

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib.

Qalmaqallı olayla bağlı Oxu.Az-ın əməkdaşı E.Əlibəyli ilə əlaqə saxlayıb.

Teleaparıcı faktın dezinformasiya olduğunu bildirərək, həyat yoldaşının magistratura təhsili ilə bağlı hazırda Türkiyədə olduğunu deyib.

“Mətbuata mənimlə bağlı hər gün bir məlumat sızır. Səhhətim yerimdədir, hər şey qaydasındadır. Mən niyə döyülməli, söyülməliyəm? Bir gün məni kanaldan çıxarırlar, daha sonra verilişdən çıxarırlar. Bizim mətbuatda nə var?

Mövzu bitəndə Elçin Əlibəyli qırsaqqızdır, ondan yapışırlar. Bu, yalan informasiyadır. Belə bir şey yoxdur. Mənim həyat yoldaşım hazırda Türkiyədə magistr təhsili alır. Mənim yoldaşımla nə işim var ki?

Yəqin, bu məlumatı yayan həmin bölmədə hamı içib, ayıq adam yoxdur. Mən Nəsimi Rayon 20-ci Polis Bölməsinin yerini belə tanımıram. Mən heç Heydər Əliyev prospektinə getmirəm, çünki orada sıxlıq olur”.

Qeyd edək ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib.

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar