Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Morales konstitutisyanı tapdaladı və xalqın qəzəbinə tuş gəldi - Sonrası nə olacaq?..

Hazırda əsas məsələ odur ki, “Müvəqqəti hökumət” Moralesin namizəd olmaması ilə kifayətlənəcək, yoxsa MAS-ın gücünü qırmaq üçün başqa həmlələr edəcək? Bu sual cavabsız qalıb...

Hakan Albayrak

“Karar” qəzeti, Türkiyə, 18 noyabr 2019-cu il

Boliviya Konstitusiyasına görə, 2 dəfədən artıq prezident seçilmək mümkün deyil. Bəs onda Evo Morales necə oldu ki, üst-üstə 3 dəfə (2005, 2009, 2014) seçildi və keçən ay 4-cü dönəm üçün seçkilərdə namizəd oldu?

Belə izah etmək olar: Moralesin ilk iki dönəminin sonunda geniş bir konstitusiya dəyişikliyi edildi və onun keçirdiyi iki dönəm “sıfırlandı”. Yəni normalda 5 il davam etməli olan o dönəm, 4 il çəkdi və yox sayıldı. 

Yeni dönəmdə isə üst-üstə 2 dəfə seçilmək imkanı qazanan Morales4-cü dəfə daha seçilə bilmək üçün Konstitusiyanı bir daha dəyişdirmək istədi. Lakin 2016-ci ildə xalq səsverməsi zamanı çox kiçik hesabla məğlub oldu. Referendum məğlubiyyətindən sonra seçim haqqını mədudsızlaşdırmaq üçün Boloviya Konstitusiya Məhkəməsindən “Prezidentlik müddətini məhdudlaşdırmaq insan hüquqları pozuntusudur”, adlı bir qərar çıxartdırdı və beləliklə, keçən ay seçkilərdə iştirak etdi.

Əgər səsverməsində iştirak edirsinizsə, xalqın seçimi ilə razılaşmağa məcbursunuz. Prezidentin vəzifə müddəti ilə bağlı xalq səsverməsində məğlub olan Morales elə həmin vaxtı bu işdən əl çəkməli idi. Yenidən prezident olmağa cəhd etməməkiydi. O, Konstitutsiya məhkəməsinin və mənsub olduğu “Sosializmə Doğru” Hərakatının (MAS) prestijini zədələməməli idi. MAS sıralarından uyğun bir yoldaşını seçib, prezidentliyə onu hazırlamalı idi.

Lakin çox təəssüf ki, belə etmədi və buna görə də, keçən ay seçkilər çox gərgin şəraitdə keçirildi. Seçkilərin nəticəsi açıqlanarkən ikinci turun siyahısı ortaya çıxan anda data axınının kəsilməsi və saatlar sonra verilən açıqlamada Moralesin qələbə qazanmasının elan edilməsi nəticəsində bu gərginlik partlayışa çevrilib. Moralesin müxalifləri ortalığı qarışdırdı və təhlükəsizlik qüvvələri müxalifətin tərəfinə keçidi. Ordu Moralesi istefaya çağırdı. (Rəsmən çevriliş). Morales də istefa verərək Meksikaya sığındı və parlamentin müxalifətdən olan vitse-spiikeri Cenin Anez müvəqqəti prezident elan edildi. Artıq seçkilərin Morales olmadan keçiriləcəyi açıqlanıb.

Bu qərardan sonra isə Moralesin tərəfdaşları üsyan etməkdəir. Moralesin müxaliflərinin ən şiddətli aksiyalarını belə sakitcə izləmiş olan ordu isə bu dəfə etirazçıları “ağıllandırmağa” çox həvəs göstərirlər. Prezidentlik iddiasında olan Anezin qəbul etdiyi bəzi qərarlar sayəsində əsgərlər artıq istədiyini edə biləcək: 

“İctimai nizamın və sabitliyin təmin edilməsi üçün keçirilən əməliyyatlarda iştirak edən silahlı qüvvələr vəzifələrini yerinə yetirərkən qanuni müdafiəyə və məcburi şəkildə etdikləri müdaxilələrə görə həbsə edilməyəcəklər”. Bu Boliviya Senatının verdiyi bir qəradır və bu qərda göstərir ki, ordu yeni höküməti tam müdafiə etməyə söz verib.

Qanuni müdafiə və məcburi müdaxilə onsuz da siyasi prosseslərdə faktdır və bununla bağlı cəza olmaması aydın məsələdir. Lakin bu, onu göstərir ki, qəbul edilən qərarın xüsusi bir məqsədi var: Morales tərəfdarlarına qarşı şiddətin yolunu açmaq.

Seçkidə qanunsuzluq edildiyini bildirərək Moralesin əleyhinə olan Amerika Dövlətləri Təşkilatına bağlı olan Amerikalılar Arasında İnsan Hüquqları Komissiyası (IACHR) da bunu təsdiq edir. Komissiya Moralesin etdiyi konstitusiya dəyişikliyi barədə də açıqlama verib:

“Boliviyada qəbul edilən bu sərt qanun beynəlxalq insan hüquqları standartlarını görməzdən gəlir. Bu cür qaydalar dövlətin insan hüquqları pozuntusunu araşdırmaq, dəf etmək və cəza vermək vəzifələri ilə uzlaşmır. IACHR Boliviya hökumətinin, xüsusilə sosial etirazlarda silahlı qüvvələrin ədalət və beynəlxalq insan hüquqları pozuntusuna səbəb olan istənilən qərarını qınayır”.

Bəli, Eva Morales insan hüquqlarını və idarə etdiyi ölkənin konsnitutsiyasını heçə sayıb. Lakin Moralesə üsyan edənlər də hüquq pozuntusuna səbəb olur.

Bəs indi nə olacaq?

Seçkilərin yenilənməsi və yenidə keçirilməsi gündəmdədir, lakin xaos davam etsə, Moralesin rəhbərlik etdiyi MAS-ın iqtidara qayıtması şansını dilə gətirilməsinə görə seçkilər ləğv də oluna bilər və Boliviya uzun müddət “müvəqqəti hökumət”lə idarə edilə bilər.

Keçən cümə günü Moralesin Reuters-ə açıqlamadan da görünür ki, bu təhlükəni dəf etmək üçün əlindən gələni etməyə hazırdır: “Demokratiya çox önəmlidir. Əgər yeni seçkilərdə mənim iştirak etməyimi istəmirlərsə, mən də iştirak etmərəm. Problem deyil”, deyə sabiq prezident bildirib.

Hazırda əsas məsələ odur ki, “Müvəqqəti hökumət” Moralesin namizəd olmaması ilə kifayətlənəcək, yoxsa MAS-ın gücünü qırmaq üçün başqa həmlələr edəcək?. Bu sualın cavabı açıq qalıb...

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar