Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ səfiri: "Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir"

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində son dərəcə maraqlıdır...

“Report” xəbər verir ki, bu barədə “Facebook” istifadəçilərinin suallarına canlı yayımda cavab verən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib.

O, "Dağlıq Qarabağ məsələsinə dair ABŞ ədalətli mövqe tutursa, onda niyə Ermənistana qarşı nəinki sanksiya tətbiq etmir, hətta işğalçı ölkəyə maliyyə yardımı göstərir?” sualına belə cavab verib: “Sizi inandırım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ üçün də mühüm əhəmiyyət daşıyır. Həmçinin bu məsələni keçirdiyim hər görüşdə müzakirə edirəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir və bu baxımdan hər iki tərəflə əməkdaşlıq edir, münaqişənin dinc yolla həlli yollarını axtarmaq öhdəliyinə sadiq olduğunu göstərir. Atdığımız addımlar Helsinki Yekun Aktı çərçivəsindədir".

“Bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu vurğulamaq istərdim. Əslində sanksiya tətbiq etməkdənsə, tərəflər arasında təmasların qurulması üçün və son nəticədə münaqişənin həllinə nail olmaq üçün hər iki tərəflə çalışmağı üstün tuturuq”, - səfir bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar