Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

ABŞ Suriya neftini bölməyi təklif edib ! - Ərdoğan bəyan etdi

Ərdoğandan şok açıqlama...

Noyabrın 18-də Türkiyə Cümhuriyyətinin (TS) prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda ombudsmanların 2-ci konfransında bəyan edib ki, müasir dünyada öz xalqı tərəfindən dəstəklənməyən hakimiyyətlər xarici müdaxilələr qarşısında daha zəif olurlar. Prezident qeyd edib ki, dövlət strukturlarının xalq qarşısında məsuliyyəti nə qədər yüksək olursa, dövlət də o qədər güclü olur.

«Türkiyə uzun illər ərzində təhdidlərlə uğurlu mübarizə aparıb və öz gücünü artırıb. Biz, Türkiyə iqtisadiyyatına ziyan vurmaq cəhdlərinin qarşısını almışıq və terrorçuluğa zərbələr vurmaqdayıq» – deyə, Ərdoğan bildirib («Anadolu»).

Dövlət başçısı qeyd edib ki, əhalinin problemlərini həll etməyən və vətəndaşlarının narazılığını güc vasitəsilə boğmağa cəhd göstərən hakimiyyətlər yekunda, öz siyasətinin ciddi və dağıdıcı nəticələrilə qarşılaşırlar.

«Xarici güclər öz aralarında bölgənin neft resurslarını bölmək niyyətindədirlər. Türkiyənin də bu prosesdə iştirakını təklif ediblər. Ancaq Ankara bu təklifi rədd etdi və bildirdi ki, onun üçün resurslar yox, insan taleyi əhəmiyyət daşıyır» - deyə, prezident bildirib.

Bu təklifin məhz kimlərdən gəldiyini Ərdoğan dəqiqləşdirməyib. Böyük ehtimalla, o, mümkün təşəbbüsün məhz Birləşmiş Ştatlardan gəldiyinə işarə vurub.

Məlum olduğu kimi, Türkiyə prezidenti noyabrın 13-də bu ölkədə səfərdə olub. Ötən çərşənbə günü Ərboğan Ağ Evdə Donald Trampla danışıqlar aparıb. Ardınca liderlərin ünsiyyəti geniş formatda davam edib və bu görüşlərdə indiyə qədər Türkiyəyə yönəlik sanksiyaları dəstəkləyən (S-400 ZRK-lara və «Sülh çeşməsi» əməliyyatına görə) bir neçə amerikalı senator da iştirak edib.

Məlum olduğu kimi, oktyabrın 21-də ABŞ müdafiə naziri Mark Esper xəbər vermişdi ki, Tramp administrasiyası ABŞ hərbçilərinin bir qismini Suriyanın şimal-şərqində yerləşən neft yataqlarını qorumaq üçün ərazidə saxlaya bilər. Bu əraziyə isə əsasını kürdlərin təşkil etdiyi və «Suriya demokratik qüvvələri» (SDQ) adlandırılan terrorçular nəzarət edir. Pentaqon başçısı bildirib ki, guya bu, Suriya neftinin yenidən İŞİD qruplaşmasının əlində keçməməsi üçün lazımdır.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi belə bir bəyanatla çıxış etmişdi ki, Birləşmiş Ştatlar Suriyada «dövlət səviyyəsində qarətlə» məşğuldur və qeyri-qanuni yolla ələ keçirdiyi ərazilərdə faydalı qazıntıların hasilatını həyata keçirir.

Rusiyanın əldə etdiyi peyk çəkilişləri deyilənləri təsdiqləyir. Hasil edilmiş neft həcmləri isə Suriyadan kənarda emala məruz qoyulur.

Beləliklə, bir daha təsdiqlənir ki, ABŞ Suriyada (eləcə də İraqda, Liviyada və s.) terrorla mübarizə aparmaq bəhanəsi altında bu ölkələrin təbii sərvətlərini talamaqla məşğul olur. Kürd terrorçuları isə Suriyada onun «quyruq bulayanı» qismində çıxış edirlər. (AzPolitika.info)

pia.az

 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar