Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan münaqişənin nizamlanması üçün təklif irəli sürdü: Əliyevin reaksiyasını gözləyir

Ermənistanın Baş Naziri Nikol Paşinyan münaqişənin bütün tərəfləri üçün məqbul olan Qarabağ tənzimlənməsi variantı üzərində işə başlamağı təklif edib...

Ermənistan hökumətinin başçısı bunu dünən rusiyalı jurnalistlərlə görüşü zamanı bəyan edib.

Paşinyan vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli Ermənistanın təhlükəsizliyini, ölkənin və xalqın gələcəyini təmin etmək baxımından prioritetdir. Baş Nazirin sözlərinə görə, onun Qarabağ tənzimlənməsinə yanaşması Ermənistanın əvvəlki prezidentlərinin mövqelərindən fərqləndiyi üçün dəfələrlə tənqid olunub.

“Əgər biz tərəflərdən birinin qələbəsi və ya məğlubiyyəti haqqında deyil, məhz münaqişənin həll yolundan danışırıqsa, davamlı sülh və sabitlik istəyiriksə, üç xalq üçün məqbul bir həll tapmalıyıq. Əgər Azərbaycan Prezidenti eyni bəyanat versə, bu, danışıqlar prosesində həqiqi bir irəliləyiş əldə etmək şansımızın olacağını göstərir”, – deyə Ermənistan lideri vurğulayıb.

Bununla əlaqədar olaraq, Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Sahakyanı və ATƏT-in Minsk qrupunun həmsədrlərini münaqişənin üç tərəfi üçün məqbul olan bir həll üzərində işləmək lazım olduğuna dair razılığa dəvət edib. Bununla yanaşı, o qeyd edib ki, bu günə qədər hamı üçün məqbul olan variant yoxdur.

Paşinyan, eyni zamanda, Ermənistanın keçmiş prezidentlərinə – Dağlıq Qarabağdan gələn mühacirlərə, Serj Sarkisyana və Robert Köçəryana münasibətini Qarabağ tənzimləməsi ilə əlaqələndirməməyi tövsiyə edib. “Keçmiş ekologiya naziri axtarışdadır. Bu, mənim Ermənistanın təbiətinə münasibətimə təsir edə bilərmi? Keçmiş maliyyə naziri həbsdədir, bu, Ermənistanın maliyyəsinə münasibətimə təsir göstərə bilərmi?”, – deyə Baş Nazir iştirak edənlərin sualına ritorik suala cavab verib.(konkret.az)

pia.az


Etiket: Əliyev Paşinyan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Ən çox oxunanalar