Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə restoranlar on ayda 1 milyard 250 miyon manat qazanıb - Siyahı, Video

2019-cu ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 1milyard 251 milyon 5 yüz min manat olub...

PİA.az fed.az-a istinadən bildirir ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,2 faizi hüquqi şəxslərin, 57,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 522,8 milyon manat olub.

Azərbaycanda restoranların dövriyyəsinin 69%-i Bakı şəhərinin payına düşür.

Yanvar-sentyabr aylarında isə ölkə üzrə restoranların dövriyyəsi 1 milyard 11 milyon manatı keçib. Bunun 755 milyon 612 min manatı Bakı şəhərində qeydə alınıb. Son bir ildə Bakıda restoran dövriyyəsi 6,9% artıb.

Bakıdan sonra gələn Gəncə restoranlarında 9 ayda 28 milyon manat, Sumqayıtda 26,7 milyon manat dövriyyə olub. Restoran dövriyyəsinə görə sonrakı yerləri Azərbaycanın turizm bölgələri sayılan XaçmazQəbələ tutur. Xaçmaz restoranları 9 ayda 12,1 milyon, Qəbələ də isə 11,9 milyon manat dövriyyə ediblər.

Azərbaycanda ən böyük restoran dövriyyəsi olan rayonlar bunlardır:

Gəncə şəhəri 28 milyon manat

Sumqayıt şəhəri 26,7 milyon manat

Xaçmaz rayonu 12,1 milyon manat

Qəbələ rayonu 11,9 milyon manat

Bərdə rayonu 11,6 milyon manat

Abşeron rayonu 10,6 milyon manat

Quba rayonu 8,4 milyon manat

Göyçay rayonu 7,6 milyon manat

Tovuz rayonu 7,5 milyon manat

Masallı rayonu 7,3 milyon manat

Lənkəran şəhəri 7,2 milyon manat

Biləsuvar rayonu 7,2 milyon manat

Şamaxı rayonu 6,2 milyon manat

Ağcabədi rayonu 6 milyon manat

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar