Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artan inqilab dalğalarının dünya iqtisadiyyatına təsirləri... – Keçmiş nazirdən şərh

Bir tərəfdən ticarət savaşlarının getdiyi, digər tərəfdə inkişaf etməkdə olan ölkəri bürüyən inqilab dalğaları yaxın illərdə dünya iqtisadiyyatında xaosa yol aça bilərmi?..

Keçmiş maliyyə naziri: “Dünya yeni, daha böyük təkanla baş verəcək ciddi bir böhranla üz-üzə qala bilər”.

“Növbəti – 2020-ci il üçün 3,6% səviyyəsində proqnozlaşdırılan artım sürətinin 0,2% azalaraq 3,4% təşkil edəcəyi də bildirilir. Növbəti il üçün azaldılan bu proqnoz son on il ərzində yaşanmış iqtisadi böhran dövründəki ən aşağı göstəricidir və bundan sonrakı aylarda onun daha da azaldılacağı gözləniləndir”.

Bu sözləri keçmiş maliyyə naziri, professor Fikrət Yusifov yaxın illərdə dünya iqtisadiyyatında gözlənilən ləngimənin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

2020-ci ildə dünya iqtisadiyyatının artımı bəzi ölkələrin qeyri-müəyyən ticarət mövqeyi və siyasi ixtilaflar üzündən risqlərlə üzləşəcək. Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin dünyada kredit şərtlərinə dair açıqlamasında bildirilir.

“Dünya iqtisadiyyatı 2009-cu ilin resesiyasından sonra 2019-cu ildə qeydə alınan ləng böyüməyə qarşı 2020-ci ildə zəif olaraq qalacaq”, – deyə sənəddə qeyd olunur.

Avropa ilə ABŞ-da resesiya risqi hələ də gündəmdə olması ilə yanaşı Çində tədiyyə balansının bərpasına yönələn tədbirlər üzündən sürətli iqtisadi artımın davam etdirilməsi üçün çətinliklər yaranacağı da qeyd olunur.

Həm kredit şərtləri, həm də bütövlükdə dünya iqtisadiyyatı üçün başlıca risq təşkil edən ticarət ziddiyyətləri və proteksionizm tədbirləri siyasi ab-havanın mürəkkəbləşdiyi bir vaxtda istehlakçı arxayınlığı üçün sınaq amilinə çevriləcək. Agentliyin ekspertlərinin fikrincə, belə risqlər ABŞ – Çin ticarət ziddiyyətləri, “Brexit”lə bağlı qeyri-müəyyənlik kimi mübahisə doğuran məsələlərlə bağlıdır.

2020-ci ildə resesiya gözləməyən “Moody’s” bununla belə inkişaf etmiş ölkələrdə gələcək tənəzzülün qarşısını almaq üçün pul və vergi siyasəti sahəsində qabaqlayıcı tədbirlər baxımdan imkanlar daraldığına görə yuxarıda sadalanan mənfi amillər üzündən risqlərin artacağı qənaətindədir.

Bəs bir tərəfdən ticarət savaşlarının getdiyi, digər tərəfdə inkişaf etməkdə olan ölkəri bürüyən inqilab dalğaları yaxın illərdə dünya iqtisadiyyatına necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı keçmiş maliyyə naziri, professor Fikrət Yusifovla müzakirə edib.

Fikrət Yusifov: “Artıq Beynəlxalq Valyuta Fondu 2019-cu il üçün qlobal istehsal həcminin proqnozlaşdırılan 3,3%-dən 3,0%-ə enəcəyini, yəni ilin sonuna qədər bu göstəricinin 0,3 bənd azalacağını bildirib”.

Beynəlxalq maliyyə institutları, reytinq agentlikləri artıq aylardır ki, dünya iqtisadi müstəvisində baş verən prosseslərdən ciddi narahatlıq ifadə etdiklərini xatırladan keçmiş maliyyə naziri PİA.az-a açıqlamasında əlavə edib ki, belə bir narahatçılığın kökündə dayanan əsas məsələlərdən biri dünya iqtisadiyyatının hegomonu olan Amerika Birləşmiş Ştatları Administrasiyasının apardığı ticarət müharibələri və onların cəbhəsinin bundan sonrakı dönəmlərdə daha da genişləndirilə bilməsi təhlükəsidir:

“Beynəlxalq maliyyə institutları, reytinq agentlikləri artıq aylardır ki, dünya iqtisadi müstəvisində baş verən prosseslərdən ciddi narahatlıq ifadə etməkdədirlər. Belə bir narahatçılığın kökündə dayanan əsas məsələlərdən biri dünya iqtisadiyyatının hegomonu olan Amerika Birləşmiş Ştatları administrasiyasının apardığı ticarət müharibələri və onların cəbhəsinin bundan sonrakı dönəmlərdə daha da genişləndirilə bilməsi təhlükəsidir.

Bu ilin oktyabr ayında ABŞ-n paytaxtı Vaşinqtonda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısına qatılan dünya ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri də yaranmış vəziyyətlə bağlı təcili olaraq ciddi tədbirlərin görülməsinin vacibliyini bildirmişdilər. Əks halda, “Bloomberg” agentliyinin bildirdiyi kimi dünya yeni, daha böyük təkanla baş verəcək ciddi bir böhranla üz-üzə qala bilər. Artıq Beynəlxalq Valyuta Fondu 2019-cu il üçün qlobal istehsal həcminin proqnozlaşdırılan 3,3%-dən 3,0%-ə enəcəyini, yəni ilin sonuna qədər bu göstəricinin 0,3 bənd azalacağını bildirib.

Növbəti – 2020-ci il üçün 3,6% səviyyəsində proqnozlaşdırılan artım sürətinin 0,2% azalaraq 3,4% təşkil edəcəyi də bildirilir. Növbəti il üçün azaldılan bu proqnoz son on il ərzində yaşanmış iqtisadi böhran dövründəki ən aşağı göstəricidir və bundan sonrakı aylarda onun daha da azaldılacağı gözləniləndir. Dünya iqtisadiyyatını bugünkü real durumu bundan ibarətdir”.

Bəs Azərbaycanda iqtisadi durum necədir? Fikrət Yusifov dünya iqtisadiyyatında baş verən bu təlatümlər fonunda növbəti illərdə Azərbaycan iqtisadiyyatında gözlənilən durumu da PİA.az-a şərh edib.

Fikrət Yusifov: “2023-cü ilə qədər ölkə ÜDM-i 97,7 milyard manata çatdırılması nəzərdə tutulur”.

Dünya iqtisadiyyatında baş verən bu təlatümlər fonunda növbəti illərdə iqtisadiyyatımızda hansı tendensiyalar üstünlük təşkil edəcək sualımıza cavab olaraq keçmiş maliyyə naziri bildirib ki, ölkəmizdə artım templərini əldə etmək üçün kifayət qədər böyük ehtiyatlar mövcuddur. Biz doğru yanaşımlar edərək bu potensialın ortaya çıxarılması sahəsində uğur qazana bilsək, o halda iqtisadiyyatımızın artım templəri 2020 və 2023-cü il üçn proqnozlaşdırılandan 3-4 dəfə çox da ola bilər:

“Beləliklə, gələn ildə ölkədə ÜDM-in real iqtisadi artımı 3,0 faiz olmaqla 83,3 milyard manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,8 faiz olmaqla 54,6 milyard manat proqnozlaşdırılır. 2023-cü ilə qədər ölkə ÜDM-i 97,7 milyard manata çatdırılması nəzərdə tutulur.

Ölkəmizdə bu artım templərini əldə etmək üçün kifayət qədər böyük ehtiyatlar mövcuddur. Biz doğru yanaşımlar edərək bu potensialın ortaya çıxarılması sahəsində uğur qazana bilsək, o halda iqtisadiyyatımızın artım templəri 2020 və 2023-cü il üçn proqnozlaşdırılandan 3-4 dəfə çox da ola bilər. Artıq bu təcrübə var və cari ilin 10 ayı ərzində ehtiyatların aşkarlanıb cəlb edilməsi hesabına qeyri-neft sektorundan büdcəyə 483 milyon manat əlavə vəsaitin daxil ola bilməsi dediklərimizin nə qədər əsaslı olduğunu bir daha təsdiq edir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar