Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Noyabrın 20-də Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Qətər Dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzabla görüşüb...

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, nazir qonağı salamlayaraq yeni səfir təyin olunması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın işinə toxunan nazir Kəmaləddin Heydərov hər iki ölkənin dövlət başçılarının siyasi iradəsi sayəsində ölkələrimiz arasında bütün istiqamətlərdə əlaqələrin genişləndiyini diqqətə çatdırıb. O, həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə də qonağa geniş məlumat verərək, fəlakətlərin idarə olunması sahəsində ölkəmizdə son illər görülmüş işlərdən danışıb.

Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, öz növbəsində, səmimi görüşə görə təşəkkürünü bildirərək, AzərbaycanQətər arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə bu əlaqələrin daha da inkişafı üçün öz tərəfindən səy göstərəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar