Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lavrov: Kürdlərin geri çəkilməsi prosesi başa çatıb

Suriyanın şimalında silahlı kürd birləşmələrinin çəkilməsi prosesi demək olar ki, başa çatıb...

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb.

Çıxışı zamanı Lavrov Türkiyə ilə Rusiya arasında Suriya Demokratik Qüvvələrinin silahları ilə birlikdə Türkiyə-Suriya sərhədindən 30 kilometr uzaqlaşdırılmasına dair razılıq əldə olunduğunu xatırladıb və sözügedən razılaşmanın Suriya Prezidenti Bəşər Əsəd tərəfindən də təsdiqləndiyini qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfi planın tezliklə reallaşdırılması məqsədilə kürd təmsilçiləri, o cümlədən Suriya Demokratik Qüvvələri ilə dialoq yaradıb.

“Demək olar ki, silahlı şəxslərin geri çəkilməsi prosesi başa çatıb. Yalnız müəyyən rayonlar var ki, orada işi sona çatdırmaq lazımdır”, - XİN rəhbəri söyləyib.

pia.az


Etiket: Lavrov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar