Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlqar Məmmədov Pənah Hüseyni erməniyə bənzətdi 

İlqar Məmmədov Qrant Baqratyanın bu günlərədə verdiyi açıqlamasına münasibətini bildirib...

Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov Ermənistanın sabiq Baş naziri Qrant Baqratyanın bu günlərədə verdiyi açıqlamasına münasibətini bildirib.

Erməni Baş nazir 1992-ci ildə Azərbaycan ordusunun uğurlu hucumuna işarə edərək deyib ki, həmin il ordu Xankəndinə girirdi. Lakin Rusiyanın o zamankı baş naziri Yeqor Qaydarın Ermənistanı xilas etdiyini və hucumun qarşısını aldığını deyib.

İlqar Məmmədov yazıb ki, sabiq Baş nazirlə təmasları olub: 2002-ci ci ildə bir konfransda qrup olaraq "Ermitaja” baxmağa getdik. Orda Qrant Baqratyanla ikimiz qrupdan ayrı düşüb iki saat muzeyi dolaşıb geniş söhbət etdik. Yeqor Qaydarın Qarabağ münaqişəsində oynadığı hansısa rol haqqında mənə heç nə danışmadı, yoxsa yaddaşımda qalardı. Öz dünya görüşünə görə keçmiş Baş nazir Baqratyan bizim keçmiş Baş nazir Pənah Hüseynova oxşayır, eyni nəsil, eyni səviyyədir. Biləsiniz, yəni”.

REAL sədri deyib ki, Qaydarla ya həmin, ya da başqa konfranslarda azı iki dəfə ayrıca söhbət edib: "Məncə, Qarabağ münaqişəsində Rusiyanın strategiyasına gəldikdə, Qaydar elə də böyük rola malik deyildi. Onun vəzifəsi Rusiyada iqtisadi islahatlar həyata keçirmək idi”.

İ. Məmmədov qeyd edib ki, Qaydarın baş nazir olduğu dövrdə Moskvada tələbə olub: "Biz az qala acından öləcəkdik. Yataqxanya İtaliyadan göndərilən humanitar yardımlar gəlməsəydi, bir müddət tamamilə ac qalacaqdıq. Bu əzabı keçirmiş adam kimi öyrənmək istəyirdim ki, Qaydar necə bir adamdır? Ölkə o vəziyyətə düşməyə bilərdimi? Onunla söhbətlərim məndə dərin təəssüf hissi doğurdu. Elə bil o, qlobal düşüncəli adam olmaq istəyirdi, amma alınmırdı. Ölümünə yaxın isə artıq Putinin tərəfinə keçmişdi. Strasburqda bir toplantıda ona Rusiya iqtisadiyyatı ilə bağlı hansısa mülahizəmi söylədim, özündən çıxdı”. (Sfera.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar