Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan-Azərbaycan Biznes Simpoziumu keçirilib - Foto

Hindistan-Azərbaycan Biznes Simpoziumu keçirilib...

Tədbir Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycanda səfərdə olan Hindistan Sənaye Konfederasiyasının nümayəndə heyəti Azərbaycan-Hindistan Biznes Simpozumunda iştirak edib.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları var və qarşılıqlı səfərlər əməkdaşlığı daha genişləndirir.

Diplomat hindistanlı investorların Azərbaycandakı biznes mühiti barədə məlumatlı olduğunu və bu mühüm bazardan faydalanmaq istədiklərini deyib.

B. Vanlalvavna vurğulayıb ki, onun ölkəsi dünyanın 7-ci ən böyük iqtisadiyyatına sahibdir və iqtisadi göstəricilər növbəti illər üçün böyük vədlər verir.

Səfir qeyd edib ki, Hindistan kənd təsərrüfatı, kimya sənayesi, müdafiə sənayesi, tikinti sənayesi və s. digər sahələrdə böyük uğurlar qazanıb.

Səfir bildirib ki, Azərbaycan Hindistanın ixrac siyahısında 4-cü yerdə qərarlaşıb və ümumi ixracın 5,5 faizini təşkil edir. Səfir bu ilin ilk doqquz ayı ərzində ticarət dövriyyəsində təxminən 13 faiz artım olub və ticarət dövriyyəsi 928.91 milyon dollar olub ki, bunun 104 milyon dolları ixracın, 824 milyon dollar isə idxalın payına düşür.

Səfir qeyd edib ki, bugünkü simpoziumda turizm, dəmiryolları və logistika, kənd təssərüfatı, neft və qaz sənayesini təmsil edən nümayəndələr iştirak edir.

Səfir deyib ki, ötən il Azərbaycana səfər edən turistlərin sayı 40 000 nəfər olub və bu rəqəm bu il daha da artıb.

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nairinin müavini Novruz Quliyev çıxış edərək bildirib ki, bu cür biznes dialoqlar və sərgilər iki ölkəni investorlarını daha da ruhlandırır və onlar ölkələrdəki biznes mühitini öyrənirlər. Hindistan və Azərbaycan arasında yaradılan Hökumətlərarası Komissiyanın mühüm rolu olduğunu qeyd edən nazir müavini Komissiyanın bu günədək 5 iclasının keçirildiyini deyib.

N. Quliyev deyib ki, iki ölkə arasında ətraf mühitin qorunması ilə bağlı memorandum imzalanıb və hazırda bu sənədə Hindistan tərəfindən baxılır. Nazir müavini qeyd edib ki, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi ikitərəfli əlaqələrə müsbət təsir göstərir. (APA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar