Bazar, 08 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Suriyanın Hələb şəhəri atəşə tutulub: 5 nəfər ölüb

Suriyanın Hələb şəhərinin yaşayış məntəqələrinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 30-dan çox insan yaralanıb...

Trend-in məlumatına görə, bu barədə məhkəmə tibbi ekpertizasında yerli mənbə bildirib.

Daha əvvəl "Sham FM" radiosu 3 nəfərin ölməsi və bir neçə nəfərin yaralanması barədə məlumat verib.

Bildirilir ki, Hələbin bir neçə rayonunun terrorçular tərəfindən atəşə tutulması nəticəsində qadın və uşaq da daxil olmaqla 5 nəfər ölüb, 31 nəfər yaralanıb.

Hələbin qərbindəki ərazilər - Aazamiya və Salah-Din, eləcə də şəhər mərkəzindəki Cəmiliya rayonu atəşə tutulub.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Suriya

Şərh yazın.

loading...

Ən çox oxunanalar