Cümə, 06 Dekabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycanda on minlərlə insan pensiyadan məhrum edilə bilər - Yeni qaydalardan belə görünür...

Bütün ömrü boyu ağır şəraitdə işləyənlər gələcəkdə sadəcə qocalıq təqaüdü almaq təhlükəsi ilə üz-üzədirlər...

Deputat: “Azərbaycanda pensiya sisteminin indiki mahiyyəti ondan ibarətdir ki, daha az adam pensiya ala bilsin, pensiya ala bilənlər isə az məbləğdə pensiya alsın”.

Vaxtından əvvəl pensiyaya çıxmaqla bağlı həqiqətən buna ehtiyacı olanlara güzəştlərin dairəsin genişləndirilməsini, ağır işlərdə çalışanların öz səhhətini korlamaq hesabına 65 yaşa qədər gözləməsinə ehtiyac olmadığını, həmin kateqoriyaya aid olanların öz sağlamlıq vəziyyətləri ilə bağlı ehtiyac duyduqda pensiyaya çıxmasının asanlaşdırılmasını təklif etmişik”.

Bu sözləri millət vəkili Əli Məsimli pensiya ilə bağlı yeni qaydaları PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Azərbaycanda minimum pensiya həddinin artırılması ilə bağlı ciddi tənqidlər səsləndirilir. Tənqidçilərə görə pensiyaçıların böyük bir hissəsi bu islahatla pensiya almaqdan məhrum edilir. Bu da onunla əsalanıdırlır ki, pensiyaya çıxmaq üçün minimum kapital məbləği 28800 manat olmalıdır və bunu faktiki olaraq toplamaq mümkün deyil.

Yəni ekspertlər hesab edir ki, yeni pensiya qaydaları ömrünün 30 ilindən artıq ağır işlərdə çalışan insanları hökümət pensiyadan məhrum edir. Əksinə bütün ömrü boyu vəzifələrdə olan və yüksək maaş almaqla yanaşı korrupsiya yolu ilə yağ-bal içində yaşayan məmurlar yüksək səviyyədə sosial təminata sahib olurlar və onlar ən yüksək pensiyanı alacaqlar. Halbuki ağır işlərdə çalışan və buna baxmayaraq aldıqları maaş ancaq həyatlarının keçinməsinə çatan bütün əməkçilər yüksək pensiya haqq edirlər. Ən azından ona görə ki, onlar bütün ömürləri boyu çatışmamazlıq içində yaşayıblar və təminatlı qocalığı da haqq edirlər. Lakin yenidən nizamlanmış pensiya sisteminə görə yüz minlərlə insan bütün ömürləri boyu ağır işlərdə çalışmalarına baxmayaraq sadəcə dşvlətdən qocalıq müavinəti ala biləcəklər.

Etiraf etməliyik ki, bu sadəcə böyük sosial ədalətsizlikdir və hökümət bu vəziyyəti düzəltməlidir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyada da pensiya islahatları həyata keçirildi və bu islahatlar həm ciddi müzakirələrə, həm də tənqidlərə məruz qaldı. Nəticədə yeni pensiya qaydalarında müəyyən dəyişikliklər edildi. Azərbaycanda isə bu məsələ demək olar ki, müzakirə olunmur. Digər tərəfədən, hansı əsasla Rusiyada qəbul olunmuş spesifik qərarlar Azərbaycand da qəbul olunmalıdır?

Yeni qaydalar pensiyaya çıxanlar üçün hansı təhlükə yaradır və doğrudanmı gələcəkdə bütün ömrü boyu işləyənlər sadəcə qocalıq təqaüdü almaq təhlükəsi ilə üz-üzədirlər?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə müzakirə edib.

Əli Məsimli: “Xarici mütəxəssisləri də cəlb etməklə Azərbaycanda yeni Pensiya Konsepsiyası hazırlamaq lazımdır”.

Ölkədə yaşlı nəslin taleyi ilə birbaşa bağlı olan bu məsələnin mütləq həll edilməli olduğunu vurğulayan millət vəkili PİA.az-a açıqlamasında bildirib ki, ölkəmizdə yaşlı nəslin, xüsusən də ağır işlərdə çalışıb az maaaş alan alan insanların pensiyaya əlçatanlığı təmin edilməli, pensiya yaşına çatan daha çox adam pensiya almaq imkanına malik olmalıdır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü qeyd edib ki, mövcud pensiya sistemində ciddi çatımamazlıqlar və minimum pensiya həddi ətrafında yaranan həmin problem həmin çatışmamazlıqların sadəcə birirdir:

“Minimum pensiya ərafındakı həmin problem pensiya sistemindəki çatışmazlıqların yalnız bir detalıdır. Mövcud pensiya sistemində belə çatışmazlıqlar yetərincə olduğundan, pensiya kimi ağır bir məsələyə detal təhlili üzrə yox, kompleks yanaşmaq lazımdır. Biz noyabrın 13-də Milli Məclisdə 2020-ci ilin Büdcə Zərfinin sosial məsələrə həsr olunmuş hissəsinin müzakirəsi zamanı çıxışımızda təkcə bu məsələni deyil, pensiya ilə bağlı digər problemləri də daha geniş səpgidə qaldırmışıq.

Onun xeyli məqamalarını mətbuat artıq işıqlandırıb. 2006-cı ilədək pensiyaya çıxanlarla bağlı pensiya stajı məsələsindəki yenilik müsbət qiymətləndirilsə də, ümumuyyətlə götürüldükdə Azərbaycanda pensiya sisteminin indiki mahiyyəti ondan ibarətdir ki, daha az adam pensiya ala bilsin, pensiya ala bilənlər isə az məbləğdə pensiya alsın. Demoqrafiq qocalma prosesinə məruz qalan ölkələr müxtəlif vasitələrlə pensiyaçılara çəkilən xərclərin ağırlığını azaltmağa çalışırlar. Postsovet məkanına aid bir sıra ölkələr də həmin üsula üstünlük verirlər.

Əli Məsimli: “Azərbaycanda dərin aşdırmalar aparılmadan pensiya yaşının 65 yaşa çatdırılmasının fəsadları özünü göstərməkdədir”.

Hesab edirik ki, bu üsulun Azərbaycana tətbiqinə ehtiyac yoxdur. Rusiyada əhalinin 30 faizi pensiya yaşına çatıbsa, Azərbaycanda əhalinin bu hissəsini cəmi 13 faiz təşkil etdiyini və buna görə də demoqrafik qocalmaya məruz qalan ölkələrdə tətbiq edilən həmin modelin Azərbaycana da tətbiqini düzgün olmadığını əsaslandırmışıq.

Azərbaycanda dərin aşdırmalar aparılmadan pensiya yaşının 65 yaşa çatdırılmasının fəsadları özünü göstərməkdədir. Həmin fəsadları azaltmaqdan ötrü vaxtından əvvəl pensiyaya çıxmaqla bağlı həqiqətən buna ehtiyacı olanlara güzəştlərin dairəsin genişləndirilməsini, ağır işlərdə çalışanların öz səhhətini korlamaq hesabına 65 yaşa qədər gözləməsinə ehtiyac olmadığını, həmin kateqoriyaya aid olanların öz sağlamlıq vəziyyətləri ilə bağlı ehtiyac duyduqda pensiyaya çıxmasının asanlaşdırılmasını təklif etmişik.

Bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da 70 yaşından yuxarı pensiyaçılara əlavə pensiya verilməsini təklif etmişəm və s... Bütün bu təklifləri gerçəkləşdirməkdən ötrü təklif etmişik ki, xarici mütəxəssisləri də cəlb etməklə Azərbaycanda yeni Pensiya Konsepsiyası hazırlamaq lazımdır.

Ölkədə yaşlı nəslin taleyi ilə bairbaşa bağlı olan bu məsələni mütləq həll etmək lazımdır ki, ölkəmizdə yaşlı nəslin pensiyaya əlçatanlığı artsın. Pensiya yaşına çatan daha çox adam pensiya almaq imkanına malik olsun”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar