Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cüdoçularımızdan "Böyük Dəbilqə"yə uğursuz start

Bu gün Yaponiyanın Osaka şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirini start götürüb...

İlk yarış günündə Azərbaycanın 7 idmançısı mübarizəyə qoşulub. Qadınlardan 48 kq çəkidə çıxış edənlər - Əliyeva Leyla 1/16 finalda Edna Karrilloya (İtaliya) uduzub. Aişə Qurbanlı isə eyni mərhələdə Harriet Bonfeysə (Malavi) qalib gəlsə də, Natsumi Tsunoda (Yaponiya) ilə bacarmayıb. 52 kq çəkidəki Gültac Məmmədəliyeva 1/16 finalda Kristina Blanaruya (Moldova) məğlub olub.

Kişilərdə 60 kq çəkidə yer alanlar - Kəramət Hüseynov 1/16 finalda Yanislav Gerçevi (Belarus) üstələsə də, növbəti raundda Yunq Vei Yanqa (Çin Taybeyi) uduzub. Mübarizəyə eyni mərhələdən başlayan Davud Məmmədsoy Elios Manzidən (İtaliya) güclü olsa da, 1/8 finalda Naohisa Takatoya (Yaponiya) yenilib.

66 kq-da Nicat Şıxəlizadə Beslan Muradov (Rusiya) və Osniel Solisi (Kuba) məğlub etsə də, 1/4 finalda Yoşiro Maruyamaya (Yaponiya) uduzub. O, təsəlliverici görüşdə Daniel Roman Perezlə (İspaniya) qarşılaşacaq.

Eyni çəkidə Orxan Səfərov isə 1/32 finalda Jülyen Frasadoru (Kanada) üstələsə də, Mixail Pulyayevi (Rusiya) keçə bilməyib.

Qeyd edək ki, yığma 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verəcək nüfuzlu turnirə 8 kişi və 5 qadın cüdoçu ilə qatılıb.

Böyük Dəbilqədə 87 ölkədən ümumilikdə 486 idmançı - 280 kişi və 206 qadın cüdoçu mübarizə aparacaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar