Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda diplomatik pasport kimə verilməlidir? – Ata Abdullayev qalmaqalı

İtaliyanın Milan şəhərindəki kilsədə Ermənistanın Baş naziri Nikol Paşinyanla Ata Abdullayevin dialoqu gündəmin əsas müzakirə mövzusu olaraq qalır...

Xatırladaq ki, bu uğursuz dialoq ictimaiyyətin kəskin tənqidinə səbəb olub. Hətta hakimiyyət düşərgəsi belə Prezidentin köməkçisi Əli Həsənovun timsalında Abdullayev-Paşinyan diskursuna mənfi münafisət sərgiləyib. 

Olayın ilginc tərəflərindən biri də Ata Abdullayevin diplomatik pasport daşıması haqqında iddiadır. Bu barədə ilk olaraq Qaynarinfo.az saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Ata Abdullayev diplomatik pasport daşıyır və o bu sənədlə istədiyi ölkəyə maneəsiz gedə, müxtəlif tədbirlərə qatıla bilir.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bununla bağlı Qaynarinfo.az-ın sualına "Məgər o diplomatdır ki? Niyə görə diplomatik pasport daşımalıdır?" şəklində qeyri-müəyyən cavab verib. Sonradan Axar.az-a açıqlama verən XİN sözçüsü fikirlərinə korrektə edib. “Bu şəxs üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib”, - deyə Leyla Abdullayeva Ata Abdullayevin diplomatik pasport daşıması barədə məlumatı birmənalı təkzib edib.

Bəs diplomatik pasport nədir, bu sənəd kimlərə hansı şərtlərlə verilir?

PİA.az bildirir ki, Yenisabah.az bununla bağlı kiçik araşdırma aparıb. Beləliklə, diplomatik pasport Azərbaycan vətəndaşı olan müvafiq şəxslərə ölkədən getmək və ölkəyə gəlmək gəlmək hüququnun həyata keçirilməsi üçün XİN tərəfindən verilən, ölkə hüdudlarından kənarda onların şəxsiyyətini və vətəndaşlığını təsdiq edən, bütün ölkələrə xidməti işlə əlaqədar getmək üçün etibarlı olan rəsmi sənəddir.

“Pasportlar haqqında”  Qanununun 6-ci maddəsinə əsasən diplomatik pasport aşağıdakı siyahıda göstərilən şəxslərə verilir:

1. Öz vəzifələrinin icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycan Prezidentinə, deputatlara, Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, Nazirlər Kabinetinin üzvlərinə, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin hakimlərinə, apellyasiya məhkəmələrinin sədrlərinə, Baş prokurora və onun müavinlərinə, Ombudsmana, Məhkəmə-Hüquq Şurasının üzvlərinə, Mərkəzi Bankın sədrinə və onun müavinlərinə, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin direktoruna, Mərkəzi Seçki Komissiyasının sədrinə, Prezident Administrasiyasının, dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların, habelə Milli Məclis, Hesablama Palatası, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi aparatlarının rəhbər işçilərinə (şöbə müdirləri də daxil olmaqla yuxarı vəzifəlilərə), mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, diplomatik xidmət əməkdaşlarına, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə və onun müavinlərinə, Nazirlər Kabinetinin üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədrinə və sədr müavininə, Naxçıvan Muxtar Respublikasının Prokuroruna;


2. Azərbaycan Prezidentinin, Milli Məclisin sədrinin və istisna hallarda Xarici İşlər nazirinin sərəncamına əsasən beynəlxalq konfranslarda, müşavirələrdə və danışıqlarda, BMT Baş Məclisinin sessiyalarında, BMT-nin orqanlarında, beynəlxalq təşkilatların konfranslarında, dövlətlərarası görüş və əlaqələrdə Azərbaycan Respublikasını təmsil edən nümayəndə heyətlərinin üzvlərinə və xüsusi nümayəndələrə;

3. Azərbaycan Prezidentinin, Milli Məclisin sədrinin, Baş nazirin, Konstitusiya Məhkəməsi sədrinin, Xarici İşlər nazirinin, habelə xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan digər şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına;

4. diplomatik korrespondensiyaları daşıyan feldyeger rabitəsi orqanının əməkdaşlarına;

5. Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən müvafiq icra hakimiyyəti orqanının zabit heyətinə;

6. Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə

7. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən hərbi attaşelərə, hərbi nümayəndələrə, həmçinin hərbi attaşelik və hərbi nümayəndəlik aparatlarının digər zabit heyətinə;

8. Müvafiq icra hakimiyyəti orqanının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə.

Diplomatik pasportun verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır.

Diplomatik pasport onun sahibinə beş il və ya xüsusi səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş müddətə verilir.

Prezidentə, eks-prezidentlərə və onun arvadına (ərinə), Milli Məclisin sədrinə, Baş nazirinə, Konstitusiya Məhkəməsinin sədrinə, Xarici İşlər nazirinə isə diplomatik pasport ömürlük verilir.

Həmin pasport xaricdə diplomatik immunitetdən istifadə etmək hüququ verir. Bütün səlahiyyətli şəxslər diplomatik pasport sahibinə, həmin pasportda yazılmış şəxslərə sərhədi sərbəst və təhlükəsiz keçməkdə, digər zəruri hallarda kömək və havadarlıq göstərməyə borcludurlar.

Diplomatik pasporta sahib olan vətəndaşlar xidməti işlə əlaqədar ezam ediləcəyi xarici ölkəyə viza əldə etmək üçün (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında qarşılıqlı razılaşma olan ölkələrdən başqa) XİN-in Konsulluq İdarəsinin müvafiq notası əsasında müvafiq xarici ölkənin Azərbaycanda yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar