Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biznes mühitinin yaxşılaşdırılması üçün Azərbaycanda çatışmayanlar - Vergi dəyişikliyi yetərsiz qaldı...

Ötən bir ildə yeni vergi şərtləri Azərbaycanın biznes mühitinə necə təsir edib və ümumilikdə götürdükdə vergi məcəlləsinə edilən dəyikliklər biznes mühitini yaxşılaşdırıbmı?..

İqtisadçı: “Bir ölkənin dünya siyasi və iqtisadi konyunkturunda oynayacağı rol çox vacibdir. Beynəlxalq şirkətlər investisiya qoyacaqları ölkədən son dərcə çox zəmanət gözləyirlər”.

Ölkənin siyasi həyatında aşırı dalğalanmaların olması, qoyduqları sərmayələrin bir müddət sonra milliləşdirilə biləcəyi təhlükəsi xarici investorları çəkindirən amillərdir”.

Bu sözləri iqtisadçı Vüsalə Əhmədova Azərbaycanda biznes mühitinin çatışmayan cəhətlərini PİA.az-a şərh edərkən qeyd edib.

Uzun illərdir ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və şəfafflaşdırılması ilə bağlı təkliflər və vədlər verilir. Lakin hələ də bu sahədə ciddi problemlərin olduğunu bilirik və qeyri-neft sektoruna xarici sərmayənin heç maraq göstərməmsi də Azərbaycandakı neqativ biznes mühiti hesab olunur. Bu sahədə Gürcüstan və Ermənistandan da geridə qaldığımız ortadadır.

Bilirik ki, biznes mühitinin yaxşılaşdırılmasında əsas yeri vergilərin aşağı salınması tutur. Təqribən 1 il əvvəl Azərbaycanda vergi islahatları aparıldı və yanvarın 1-dən yeni vergi qaydaları qüvvədədir.

Biznes mühitinin yaxşılaşdırılması üçün Azərbaycanda çatışmayan nələrdir və zəruri addımlar niyə atılmır? Həmçinin ötən bir ildə yeni vergi şərtləri Azərbaycanın biznes mühitinə necə təsir edib və ümumilikdə götürdükdə vergi məcəlləsinə edilən dəyikliklər biznes mühitini yaxşılaşdırıbmı?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Ölkə biznes mühitində şəffaflığın olmaması, gizlilik və korrupsiyanın hakim olması, bürokratik prosedurların həddindən çox olması, sağlam rəqabətin olmaması xarici investisiyaları əngəlləyici başlıca faktorlar”.

Bir ölkəni xarici investorlar üçün cazib edən kompleks faktorların təmin olunmalı olduğunu bildirən iqtisadçı PİA.az-a açıqlamasında əlavə edib ki, yalnız vergilərdə cüzi güzəştlər etməklə buna nail olmaq olmaz:

“İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını təmin edən ən rasional yol birbaşa xarici investisiyalardır, bu danılmaz faktdır. Dünyada demək olar ki, bütün ölkələr xarici sərmayəni ölkələrinə cəlb etmək üçün hər keçən gün daha çox cəzbedici şərtlər təmin edirlər. Məsələn, Türkiyədə yalnız 2017-ci il ərzində 47-dən çox yerli şirkət müxtəlif ölkələrdən gələn xarici investorlar tərəfindən alınıb və bu şirkətlərdəki xarici səhmlərin çəkisi 68%-dən çoxdur. Bu bir həqiqətdir ki, Türkiyə xarici sərmayə üçün ən cazib ölkələrdən biridir. Hətda bu vəziyyətdən şikayətçi olanlar da var, bəzi çevrələrdə “Türkiyə iqtisadiyyatı sürətlə xaricilərin əlinə keçir” kimi fikirlər də səsləndirilir.

Düşünürəm ki, bir ölkəni xarici investorlar üçün cazib edən kompleks faktorlar təmin olunmalıdır. Yalnız vergilərdə cüzi güzəştlər etməklə buna nail olmaq olmaz.

Hələ 1998-ci ildə UNCTAD birbaşa xarici investisiyalara təsir edən faktorları Dünya İnvestisiya Hesabatında 3 başlıq altında toplamışdı, bunlar: iqtisadi faktorlar, investisiya mühitinə dair amillər və siyasi faktorlardır. Ölkədəki iqtisadi, siyasi və sosial sabitlik, xarici sərmayələrlə əlaqəli beynəlxalq müqavilələr, vergi siyasəti, ticari siyasət, liberallaşdırma, iqtisadi inteqrasiya, özəlləşdirmə, rəqabət mühiti, hökumətin qısa və uzun müddətli siyasi rolu və bürokratik prosedurlar və s. ən başlıca siyasi determinantlardır. Çox vaxt xarici investorlar investisiyaya dair qərar qəbul etdikləri zaman üzərində ən çox durduqları faktor sərmayə qoyacaqları ölkədə siyasi sabitliyin var olmasıdır. Ölkənin siyasi həyatında aşırı dalğalanmaların olması, qoyduqları sərmayələrin bir müddət sonra milliləşdirilə biləcəyi təhlükəsi xarici investorları çəkindirən amillərdir. Ölkədəki mövcud siyasi vəziyyətlə əlavə gələcəkdəki siyasi vəziyyət də önəm daşımaqdadır.

Bir ölkənin dünya siyasi və iqtisadi konyunkturunda oynayacağı rol çox vacibdir. Beynəlxalq şirkətlər investisiya qoyacaqları ölkədən son dərcə çox zəmanət gözləyirlər. Ölkənin biznes mühitində şəffaflığın olmaması, gizlilik və korrupsiyanın hakim olması, bürokratik prosedurların həddindən çox olması, sağlam rəqabətin olmaması xarici investisiyaları əngəlləyici başlıca faktorlar.

Vüsalə Əhmədova: “Qlobal iqtisadi sistemdə xarici investisiyalardan daha çox pay almaq istəyən ölkələr durmadan yeni strategiyalar inkişaf etdirməkdədirlər”.

Sırf iqtisadi səbəblərə gəlincə, bunlardan ən əsası vergi dərəcələridir ki, xarici investorlar istəyirlər ki, onlara yerli investorlar ilə eyni vergi siyasəti tətbiq edilsin. Digər vacib amil isə bazar böyüklüyüdür. Ölkəmiz əhali sayına görə bazar böyüklüyünə malik olduğu söylənə bilməz. Ancaq, burada vacib olan digər amil istehlakçıların alıcılıq qabiliyyətidir. Bir tərəfdən ölkə əhalisinin azlığı və digər tərəfdən də əhalinin alıcılıq qabiliyyətinin aşağı olması investisiyalara mənfi təsir göstərir. Qiymətlərin mütəmadi dəyişməsi, yüksək inflyasiya, iqtisadiyyatda qeyri-müəyyənlik, risklərin artması birbaşa xarici investisiyaları azaldan bir digər iqtisadi faktorlardır.

Məlumdur ki, yerli valyutanın dəyərdən düşməsi xarici investorların xərclərini artırır. Ölkədə mütəşəkkil sənaye bölgələrinin, azad ticarət zonalarının olması çox vacibdir. Qlobal iqtisadi sistemdə xarici investisiyalardan daha çox pay almaq istəyən ölkələr durmadan yeni strategiyalar inkişaf etdirməkdədirlər. Azad ticarət zonaları bu strategiyalar arasında ən önəmli alternativdir deyə bilərəm. Günümüzdə inkişaf etmiş ölkələrdə effektiv ticari mərkəzlər olaraq yaradılan azad ticarət zonaları çox önəmli logistik funksiyaları yerinə yetirirlər, inkişaf etməkdə olan ölkələr üçün isə bu cür zonalar beynəlxalq ticarət və investisiya imkanlarından daha effektiv faydalanmaq, əlavə məşğulluq yaratmaq fürsəti yaradır. İqtisadi və xarici ticarət strategiyalarının ən önəmlisi sayılan azad ticarət zonalarının hüquqi çərçivəsi ölkədən ölkəyə kiçik dəyişikliklərə malik olmaqla birgə, əsas etibarilə gömrük əməliyyatlarının təxirə salındığı və investisiyaların təşviq edildiyi özəl bölgələrdir.

Müxtəlif ölkələrdə o cümlədən, bizə qonşu olan ölkələrdə (Gürcüstan və Ermənistan) bu cür zonalar “gömrük vergilərindən azad etmə”, “xüsusi subsidiyaların təmin edilməsi” kimi xüsusiyyətlər daşımaqla birgə, ölkənin sosial-siyasi vəziyyətinə görə də bəzi fərqliliklərə malik olur. Müxtəlif ölkələrdə “azad zona”, “sərbəst liman”, “gömrüksüz bölgə”, “ixrac mallarının emal zonası”, “xarici ticarət bölgəsi”, “azad iqtisadi zona”, “azad istehsal bölgəsi”, “azad ticarət zonası”, “sərbəst sənaye bölgəsi”, “xüsusi iqtisadi zona”, “vergisiz ticarət bölgəsi”, “vergisiz bölgə”, “gömrüksüz hava limanı”, “xarici investisiya bölgəsi” kimi nümunələrinə də rast gələ bilərik”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar