Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rafael Cəbrayılov villasına müştəri tapdı

Məhkəməyə verilməsi deputatı təşvişə salıb...

Keçmiş deputat noyabrın 28-də Abşeron Rayon Məhkəməsində hakim Habil Əhmədovun sədrliyi ilə keçiriləcək prosesdə iştirak etməyəcəyi təqdirdə onun barəsində məcburi gətirilmə qərarı çıxaracğı gözlənilir. Məlumat üçün deyək ki, Rafael Cəbrayılov bundan əvvəlki prosesə qatılmaqdan imtina edib.

Keçmiş deputatı məhkəməyə verən isə borc aldığı şəxslərdən biri olan Bakı Dövlət Universitetinin müəlliməsi Xatirə Nəcəfovadır. Rafael Cəbrayılovun ona 200 min dollar borcu var.

Bu arada redaksiyamıza daxil olan məlumata görə, artıq borclu olduğu növbəti şəxs tərəfindən məhkəməyə verilməsindən təşvişə düşüb. Bu baxımdan, məhkəmə prosesinə qədər borcunu qaytarmaq niyyətindədir. Onun artıq sahibi olduğu dəbdəbəli villasına müştəri tapdığı deyilir. İddialara görə, Rafael Cəbrayılov hazırda villanı boşaldaraq əşyaları özünə məxsus tikililərdən birinə daşıyır.

Bildirilir ki, həmin villa keçmiş deputatın qardaşı Elşən Cəbrayılovun dostlarından birinin adına rəsmiləşdirilib. Elə həmin şəxs də villanı almaq istəyir. Lakin onun təklif etdiyi məbləğ Rafael Cəbrayılovu qane etmədiyinə görə başqa müştərilə anlaşıb.

Xatırladaq ki, deputat Rafael Cəbrayılov Təranə Fətəliyeva, Xatirə Nəcəfova və başqa bir neçə şəxsdən külli miqdarda borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. Təranə Fətəliyeva Rafael Cəbrayılovu məhkəməyə verərək qalib gəldikdən və digər borclu şəxslərlə bu məsələni ictimailəşdirəndən sonra o, mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Oktyabrın ayının 2-də MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilib.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar